Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Malın gəlir enişdən,
Qulaqları gümüşdən,
Züy vurub üzər hərdən,
Çaydan, göldən, dənizdən.
Maral-maral inəyim,
Qarnı xaral inəyim,
Su içməz, ot otlamaz,
Çəpər yaran inəyim.
Maral-maral öküzüm,
Qarnı xaral öküzüm,
Düz yerdə gəzə bilmir,
Çəpər yaran öküzüm.
Mavi atlas,
İynə batmaz,
Qayçı kəsməz,
Tərəzi çəkməz.
Mavi atlas,
Ortasında
Bir qızıl tas.
Məmmədbağır bağında,
Gül bitər budağında,
Yel vurar yelləndirər,
Sırğası qulağında.
Məmmədəli deşikdə,
Qulaqları eşikdə.
Məmmədəli ilikdən,
Bir kürkü var sümükdən.
Dağdan atsan əzilməz,
Bir təpiyə dözəmməz.
Məmmədiyar, əyri diyar,
Dörd lap-lap, iki çip-çip.
Mən aşiq vecə verdi,
Baş üstə becə verdi,
Torpaqsız yerdə bitmiş,
Yarpaqsız qıça verdi.
Mən aşıq, bayı keçdim,
Kasıbı bayı keçdim.
Altı camış, yüz keçi
Əlimdə çayı keçdim.
Mən aşiq, içi dəri,
İçinin içi dəri,
Aşıq bir loxma yeyib,
Üzü ət, içi dəri.
Mən aşiq, təknədədim,
Gül açıb tək, nədəndir?
Doxsan kişi, yüz arvad,
Hamısı Təknədəndir.
Mən aşiq, tut ağacı,
Tut bitmiş tut ağacı
İki yerdən ağzı var.
Bir yerdən tutalğacı.
Mən aşıq, yüz yer aşar,
Basılmış yüz il yaşar,
Budağın kənarında
On kotan yüz yer aşar.
Mən aşiqəm könüldən,
Xəbər alın əmirdən.
Bu gün bir nübar yedim,
Budaqları dəmirdən.
Mən aşiqəm xam durmuş,
Bişməmişdən xam durmuş,
Yerlə göy arasında,
Gördüm bircə dam durmuş.
Mən aşiqəm, ay mələr,
Bulud altdan Ay mələr.
Dəryada bir gül bitib,
Su deyibən ay mələr.
Mən aşiqəm, bir ata,
Bir oğuldu, bir ata,
Həştad dəvə, qırx qatır
Yüklənibdi bir ata.
Mən aşiqəm, bir ata,
Bir oğuldur, bir ata,
Səksən keçi, yüz qoyun,
Yüklənmişdi bir ata.
Mən aşiqəm, düz bağlar,
Əyri çəkər, düz bağlar,
Aşıq bir hikmət görüb,
Od içində buz bağlar.
Mən aşiqəm, düz yerdə,
O göydədi, biz yerdə.
O yer olmaz keçməsin,
Salmaz bircə iz yerdə.
Mən atamın vəznəsiyəm,
Cibinin xəznəsiyəm.
Atam mənim oğlumdu,
Mən atamın yeznəsiyəm.
Mən baxıram, o da baxır.
Mən baxıram, o yan qaçır.
Mən gedərəm, o qalar.
Mən gedirəm, o da gedir,
Mən gəlirəm, o da gəlir.
Mən getdikcə o uzanır.
Mən qalıram, o gedir.
Mən tərs oğlu tərsəm,
Özümə oyandam,
Özgələrə tərsəm.
Məni təkcə yeməzlər,
Mənsiz də xörək olmaz.
Mənim beş qardaşım var,
Biri hər gün danışar,
İkisi qulaq asar,
İkisi durub baxar.
Meşədə bir qız gördüm, gözləri şəhla,
Düşdüm onun izinə, qaldım tək-tənha.
Meşədə kəsdilər başın
Şəhərə atdılar leşin.
Suya saldılar, batmadı -
Oda atdılar, yandı.
Meşədə, ha meşədə,
Beş qardaş var meşədə,
Beşi də bir peşədə.
Meşədi, çəməndi oylağım mənim,
Özümnən yekədi papağım mənim.
Midili-midi üzlücə,
Midili siçan üzlücə.
Midili, hara gedirsən,
Yüz min cida üzlücə.
Milit-milit,
Qapısı kilit,
Ya bunu tap,
Ya burdan get.
Milli-milli mərcümək,
Şirin dilli mərcümək,
Aləmi gəzdi, gəldi,
Başı güllü mərcümək.
Min bir oğul, bir ata -
Hamısı minib bir ata.
Min minarə
Dibi qarə,
Yüz min çiçək,
Bir yarpaq.
Minarə, ha minarə,
İçi tamam qan-qarə.
Təpəsi açıq olur,
Dibi də ki, lap qarə.
Mindim törəməzi, tutdum tükənməzi,
Getdim qaltan qaza.
Mücürü, ay mücürü,
İlişdirdim ucunu,
Yeddi qatar nər gərək,
Çəkə onun gücünü.
Müşkülü müşkül açar,
Gündə bir, saatda iki,
Həftədə üç gül açar.
Dostlarınla Paylaş

Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024