Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

O hanı, ha o hanı,
Çaxmaq hanı, qo hanı,
Səksən səkkiz dəyirman,
Doxsan doqquz no hanı?
O hansı ağacdı ki,
Kökü havada durar,
Budaqları yerdədi.
O hansı anadı ki,
Udar balalarını.
O hansı bağdı ki,
Torpağın əkmək olmaz,
Çınqılın çəkmək olmaz.
O hansı dağdır ki, qarı əriməz.
O hansı bağdır ki, barı dərilməz.
O hansı heyvandı yuvasım çiynində gəzdirir?
O hansı heyvandı, anadan saqqallı doğular?
O hansı quşdu ki,
Bir qanadı ağdı,
Bir qanadı qara.
O hansı quşdu yazı, yayı işləyər,
İnsan kimi özünə azuqə yığar?
O hansı quşdur,
Yuvasından çıxdı,
Girə bilmədi.
O kimdir ki, dərdüməndi iftadə,
Dünya qəmindən azadə?
O nə ilandı ki, atəşpərəst,
Kimə soxsan deşər, eylər şikəst.
O necə ağacdır ki, gündə bir yarpaq salır.
O necə göldür, suyunu içmək olmaz,
O necə dağdır - otun biçməklə qurtarmaq olmaz.
O necə quşdu ki,
İnsan kimi süd əmər.
O nədi ki, Allahın felində,
Bəndənin əlində,
Quyruğu belində.
O nədi ki, bədənə peyda,
Onsuz olmaz şühəda?
O nədi ki, bədəni gildən,
Burnu oddan.
O nədi ki, bir quyu,
Quyunun içində suyu,
Suyun içində ilan,
İlanın ağzı yanan.
O nədi ki, boyanıb boyaqsız*.
O nədi ki, cəsədi var, qanı yox.
O nədi ki, daşdan köynək geyinər?
O nədi ki, dayanıbdı dayaqsız,
O nədi ki, boyanıbdı boyaqsız.
O nədi ki, dayım uzun,
Qurşağı gödək.
O nədi ki, dizlərindən asılar.
O nədi ki, doğur əlsiz-ayaqsız.
O nədi ki, dörddür, beş deyil.
O nədi ki, düzülər,
Vədəsində üzülər,
Ayağından su içər,
Təpəsindən quzular.
O nədi ki, əl vursan qam tökülər.
O nədi ki, əlsiz-ayaqsız,
Dırmanır nərdivansız.
O nədi ki, əti haram, südü halal.
O nədi ki, əti qoyar, sümüyü yeyər.
O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.
O nədi ki, əyə-əyə hamıya dəyə?
O nədi ki, əyri ayaq, çəpbəl qulaq,
Dodağı mırıq, ağzı cırıq.
O nədi ki, gecə gəzər aylı xan,
Gündüzü də yaylı xan.
Göy otların başında,
Düymə düzər aylı xan.
O nədi ki, gecə-gündüz beli bağlı.
O nədi ki, gələn yaz,
Gələn qışdı, gələn yaz.
Qış bir xörək bişirdi,
Yağın tökdü gələn yaz.
O nədi ki, göydən yerə sallanır.
O nədi ki, gündüz gözü korşalır,
Gecə od tutub yanır.
O nədi ki, içində qışdır,
Çölündə bahar.
O nədi ki, ikidir, üç deyil.
O nədi ki, işığı var, istisi yox.
O nədi ki, iynəsi çoxdu,
Sap yeri yoxdu.
O nədi ki, kök atar, yarpaq çıxarmaz.
O nədi ki, nə ağdı, nə sarı,
Bir gözəl ağacda bitər saqqalı.
O nədi ki, öz məzarın özü qazar.
O nədi ki, özü var, kölgəsi yox?
O nədi ki, özü var,
Camalı var, gündə iki saat ömrü var.
O nədi ki, qulağından kəsilər.
O nədi ki, saqqalı yerdə,
Ayaqları göydə.
O nədi ki, şəni qıllı siyahkar,
Yağar cismindən yaz, yayı, qışı qar.
O nədi ki, silahı yox atışar,
Atışıban bir-birinə qarışar.
O nədi ki, tut ucundan göyə çıx.
O nədi ki, vəzndə yüngül,
Qiymətdə ağır.
O nədi ki, yaşı çoxdu qocalmaz,
O nədi ki, gəzər, məkanı olmaz,
O nədi ki, nə əskilməz, nə dolmaz.
O nədi ki, yeməyi benzindi,
Ayaq rezindi.
O nədi ki, yetmiş iki dil bilir.
O nədi ki, zirzəmidə qışlağı,
Dərisi var, tükü yox.
O nədi ki,
O gözünü yumanda,
Dünya zülmət görünür.
O gözünü açanda
Aləm nura bürünür.
O nədi ki,
Otuz səkkiz paltar geyir,
Hamısı düyməsiz.
O nədi ki,
Qış göyərir,
Yaz qızarır,
Payız qaralır.
O nədi ki,
Samanı uçur,
Dənəsi qalır.
O nədi tək-tək alı
Bağında tək-tək alı.
Canı var, cəsədi yox.
Nəfəsin tək-tək alı.
O nədir hər şey içində.
O nədir ki, adamda var, adı yox.
O nədir ki, ağ gümüş,
Çəkic altda döyülmüş,
Hər tərəfi ərəbcə,
Hörüm-hörüm hörülmüş.
O nədir ki, ağzı dəmirdən,
Dili kəndirdən.
Üstü ocaq, altı su.
O nədir ki, altı cəhənnəm,
Üstü su.
O nədir ki, balaca üzüdü,
Min iki gözüdü.
O nədir ki, baldan şirindi, zəhərden acı?
O nədir ki, başın kəsməsən yeriməz.
O nədir ki, bədəni içərido,
Başı eşikdə.
O nədir ki, çəkdikcə gödəlir.
O nədir ki, cismi arıq
Ənsəsi yumru, burnu yarıq.
O nədir ki, gecə-gündüz yol gedir.
O nədir ki, gecə-gündüz zarıyar,
Dəmir qapı vaxt çarxına sarıyar.
İki qardaş yazdığım sanıyar,
Hər tayı da bir-birini tanıyar.
O nədir ki, gedər-gedər nəhanı?
O nədir ki, kəşf eləyər cahanı?
O nədir ki, gedər-gələr görünməz.
O nədir ki, gedər-gələr nihani
Gəzər cümlə cahanı.
O nədir ki, gəmiyə minər,
Ayağın sallar.
O nədir ki, göydən yerə sallanır,
O nədir ki, hər nə versən allanır,
O nədir ki, göbəyindən nallanır.
O nədir ki, qatarlanıb gedər hey!
O nədir ki, hara gedər,
Oğlu qarnında fəryad edər.
O nədir ki, həm kiçikdir, həm böyük,
Arxasında var onun bir özgə yük.
O nədir ki, həmişə başı üstə yeriyər.
O nədir ki, hər yana işıq salar.
Öz dibinə yox.
O nədir ki, ildə doğar ayaqsız.
O nədir ki, nə qanı var, nə sümüyü.
O nədir ki, oxu da tük, yayı da tük.
O nədir ki, özü ətdir, yediyi sümük.
O nədir ki, qarnı tox,
Kölgəsi yox.
O nədir ki, qaya üstə iki bulaq.
O nədir ki, qoz qabığına girər,
Qala qapısına sığmaz.
O nədir ki, səhər dörd,
Günorta iki,
Axşam üç ayaqlı.
O nədir ki, toyuqdan alçaq, adamdan hündür.
O nədir ki, uzağı yaxın eylər.
O nədir ki, vurdum yerə, qalxdı göyə.
O nədir ki, yayda donar,
Qışda əriyər.
O nədir ki, yer-göy onun içindədi.
O nədir ki, yeriyər, yeriyər- un qusar.
O nədir ki,
Atdan hündür,
İtdən alçaq.
O nədir saymaq olmaz
Olmasa qalmaq olmaz.
O nədir, dərya kimi bulanmaz,
O olmasa, bütün dünya dolanmaz.
O nədir, mələr keçər.
O nədir, dələr keçər
Yarası yox, qanı yox.
O nədir, nəfəssizdi,
Bülbüldü, qəfəssizdi.
Uçanda quş tək uçar,
Canı yox, nəfəssizdi.
O tayda duran kişi,
Əlində dəmir kişi,
Bizə bir ulaq göndər.
Nə erkək, nə də dişi.
O tayda duran kişi,
Əlində Quran kişi,
Atama de, ət alsın,
Nə erkək, nə də dişi.
O tayda durar, gedər,
Boynunu burar gedər.
Bir sürüyə girəndə
Qırxını qırar gedər.
O taydan gəlir fil,
Yükü zəncəfil,
Ölüdən törəmiş,
Gəl sən onu bil.
O üzü qaya,
Bu üzü qaya,
Atıldım mindim
Dəryada daya.
O yam taxta,
Bu yanı taxta,
İçində ağca maya.
O yana gedər hi-hi,
Ayaqsızdı hi-hi,
Dayaqsızdı hi-hi.
O yanda bir qoç durub,
Buynuzların düz burub,
Cümlə aləmi udub,
Hələ yerində durub.
O yanı daş, bu yanı daş,
İçində qırx-əlli baş.
O yanı mərmər, bu yam mərmər
İçində bir nazənin pərvər.
O yanı qac, bu yanı qac,
İçində odlu ağac.
O yanı qaya, bu yanı qaya,
İçində ağca maya.
O yanı qaya,
Bu yanı qaya,
İçində sarı maya.
O yanı sarı taxta,
Bu yanı sarı taxta,
Ortası yaşıl bafta.
O yanı taxta
Bu yanı taxta,
Yumru bəy otaqda.
O yanı taxta, bu yanı taxta
İçində alabaxta.
O yanı taxta,
Bu yanı taxta,
Şaqqulu bəy otaqda.
O yanı yastı,
Bu yanı yastı,
Dörd ayağmı,
Yerə nə basdı.
Ocaq başında qara öküz.
Odda yanmaz,
Suda batmaz.
On beş gün düz şahlıq etdi,
On altıda köçüb getdi,
Otuzunda nadan oldu,
On dörddə kamala doldu [yetdi].
On inəyim var, onu da təpəldi.
Ondan qalın yox,
Ondan şirin yox,
Ondan gəzəyən yox.
Onun adı pəridi,
Könlümə müştəridi.
Axşam anadan oldu,
Səhər durdu yeridi.
Oraq əyri, duz acı,
İki sərçənin dörd gözü.
Ot yeyər inək deyil,
Yumurtlar, toyuq deyil.
Otdur, atdır,
Beymuratdır,
Dişləyəndir,
Dişi yoxdur.
Otlarda necə otdu
Nə dişi var, nə ağzı,
Dişləyir heyvan kimi.
Oturmuşdum səkidə,
Ürəyim səksəkədə.
Göydən bir alma düşdü,
Bir qızıl nəlbəkidə.
Otuz iki -
Qılınclı qoşunun
Bir ət sərkərdəsi var.
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024