Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Tabaq qabaq içində,
Sübhü sabah içində,
Dayanıb ayaq üstə,
Ətri də var içində.
Talalar, ha talalar,
Talaya od salalar,
Nə erkəyi, nə dişisi balalar.
Tap düşdü qabaqlandı,
Qapısı tamam bağlandı.
Tap tapmaca,
Gül yapmaca,
Məməli xatın,
Dişləri yox.
Tap tapmaca,
Qulaqları yappaca,
Yatanları oyadır,
Süleyman papaqlıca.
Tap, - dedim, tapış, - dedim.
Gül buxaqdan yapış, - dedim.
Adam feli, keçi qılı,
Qatarlanıb gedir, - dedim.
Tapdım bir haça,
Lazımdır saca.
Atdım kor itə
İt də lap qoca.
Tapı-tapı,
Kərki sapı.
Altı gülü,
Beş yarpağı.
Tap-tapı, dəmir qapı,
On iki budaq, iki yarpaq.
Tap-tapmaca,
Gül yapmaca,
Deşiklədim
Atdım saca.
Tap-tapmaca,
Qab altdaca.
Tap-tapmaca,
Qab atdaca.
Taqqır-tuqqur ləzgilər,
Bizə qonaq gəldilər.
Qoyun-keçi yunundan
Evə palaz sərdilər.
Tat-tatını götürər,
Tat oğlun götürər.
Oğlu yarpaq götürər,
Yarpaq torpaq götürər.
Taxçadan düşdü, tap elədi,
Gülsənəm onu hap elədi.
Taxta dəmir,
Gah əyilir,
Gah düzəlir.
Taxtadan atı,
Dəmirdən qatı.
Bəndə əlində,
Kürəkdən qatı.
Tək çərdəkli yemişəm,
Nəbatdan da şirinəm.
Təkər üstündə zəbərcat,
Gəlin barmağına hacət.
Tərəzi var, təngi var,
Hər bir rəngdə rəngi var.
Tərəzi var, təngi var,
Hər bir rəngdən rəngi var.
Salıb üstə oturram,
Həngi var, ahəngi var.
Tərəzidə çəkilməz,
Bazarlarda satılmaz,
Baldan şirin dadı var,
Yemək olmaz, canı var.
Tikan dibində qıllı yumaq.
Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
Torpaqdan lülə,
Ətdəndi güllə.
Toxum əkdim, yarpaq bitdi,
Yarpağın qocalar diddi.
Toyda, düyündə gəzər,
Səsi aləmi bəzər.
Qabırğası qatbaqat,
Gah yavaş, gah da bərk dart.
Tullananda cüt atar,
Alacası qıçında.
Tut ağacı, üzü pərdə,
Barmaq gəzər pərdə-pərdə.
Gah dərində, gah zərində,
Ağlar ahu-zar dilində.
Tutdum quyruğundan,
Çıxmadı buyruğumdan.
Tut-tut tuburğu,
Tutda bitər tuburğu.
Tutdan bir şüy çıxıbdı,
Nə tutdu, nə tuburğu.
Tu-tu tuburğu, tutar yatar tuburğu
Yüz il, min il gün dəysə, çürüməz heç tuburğu.
Dostlarınla Paylaş

Saytda 204 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024