4 aylıq körpənin inkişafı

4 aylıq körpənin inkişafı


Eğitimin sırrı çocukta saygıyla başlar

4 aylıq körpənin inkişafı

4 aylıq körpənin inkişafı
4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir.
Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. Anayam.az bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrənir və daha az yatır.
4 aylıq uşağın özəllikləri:
- Gün ərzində üç dəfə yatır. Gecə yuxusu 10 – 12 saat arası təşkil edər. Bəzən o, gecə yemək üçün oyana bilər.
- Sutka ərzində azı altı dəfə qidalanır.
- Başını inamla saxlayıb, hər tərəfə fırlada bilir. Arxa üstə uzanan uşaq, başını azca qaldıraraq öz ayaqlarına baxa bilir.
- Əşyaları 3 – 5 metr məsafədə fərqləndirə və yerdəyişməsini gözləri ilə izləyə bilir.
- Səsləri aydın eşidir.
- Oyuncağı əlinə alaraq, ağzına aparmağa çalışır.
- Ayaqlarını yüksək qaldıraraq, ayaq barmaqlarına ya da dizlərə toxunmağa çalışır.
- Ananı görəndə sevinir və öz dili ilə danışmağa çalışır. Beləki o artıq ananı tanıyır və onunla danışmağa xoşlanır.
- Ona diqqət edən hər kəslə, danışmağa çalışır.
- Qarnı üstə uzanmış vəziyyətdə, əllərinə əsaslanaraq çiyin və başını asanlıqla saxlayır.
- Qarın nahiyəsindən, arxa tərəfə və ya əksinə çevrilməyə çalışır. Bu səbəblə, artıq onu tək buraxmamalısınız.
- İntonasiya və ətrafdakı səsləri təqlid etməyə çalışır.
- Köp və qarın sancıları 4-cü ayın sonunda keçməyə başlayır.

Arkadaşlarınla ​​paylaş

Sitede 61 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024