Eğitimin sırrı çocukta saygıyla başlar
8 aylıq uşağın inkişafı
8 aylıq körpənin inkişafı çox sürətlə gedir.
Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir.
Anayam.az 8 aylıq körpənin xüsusiyyətlərini və bacarıqları ilə sizi tanış edir:
- 8 aylıq körpənin təxmini çəkisi 8,7 – 9,5 kq, boyu 70-71.2 sm olmalıdır.
- Artıq çoxlu sayda müxtəlif əşyaları müəyyən edir. Ətrafdakı hər şeylə maraqlanır. Özüdə qarşısına düşən hər şeyin dərhal dadına baxmağa çalışır.
- Diqqəti hələ dağınıqdır, o tez-tez məşquliyyətindən yayına bilər. Amma, bu mərhələdə, o, yarımçıq qalan işinə qayıtmağı, öyrənməyə başlayır.
- Yolunda duran maneənləri, bütün mümkün üsullarla aradan qaldırmağa çalışır.
- Bəzi uşaqlar bu ayda sərbəst qalxa, dəstək ilə gəzə bilirlər, böyüklərin köməyi olmadan oturub və ya uzana bilirlər. Dəstəyi olmadan oturaq vəziyyətdən ayağa dura bilirlər.
- Artıq fəal və çox sürətlə iməkləyirlər.
- Əşyalarla yaxşı idarə etməyi bacarır, məsələn, qapağı açıb bağlayır, piramid oyuncağını toplayır.
- Sadə "ver", "al", "get" kimi xahişlərə reaksiya verir.
- Daim bəzi hecaları ucadan təkrarlayır. Halbuki o, onları müqayisə edə bilmir.
- Böyüklərin xahişi ilə əl yelləyərək, vidalaşa bilir.
- "Olmaz" sözünün mənasını aydın başa düşür, amma hələ ona itaət etmir.
- Tanış və özgə insanları, hətta öz və yad əşyaları fərqləndirir. Şəkillərdə özünkülərini tanıya bilir.
- Onu kəskin və gurultulu səslər qorxudur.
- Xırdalanmış yemək yeyir. Yumşaq qida məhsullarını dişləyə bilər.
- Bu yaşda daxili baş beyin zonası fəal inkişaf edir və formalaşır. Bu dövr, danışıq və hərkət funksiyasının yaxşılaşdırılması üçün çox mühüm bir dövrdür. İndi o, ətrafdakıların davranışını təqlid etməyə çalışır: qaşıqla yeməyə, fincandan içməyə, balışda yatmağa və s. çalışır. Bu, ona sosial mədəniyyətin bir hissəsi olmağa kömək edir.