"Əgər insanları öldürəcəkdinsə, onları niyə yaratdın?"

"Əgər insanları öldürəcəkdinsə, onları niyə yaratdın?"


Eğitimin sırrı çocukta saygıyla başlar

"Əgər insanları öldürəcəkdinsə, onları niyə yaratdın?"

"Əgər insanları öldürəcəkdinsə, onları niyə yaratdın?"
Bir dəfə Musa peyğəmbər (ə.s) ölümə işarə edərək Böyük Yaradandan soruşur:

- Allahım! Sonunda insanları ölürəcəkdinsə, niyə onları yaratdın?

Cavabında Uca Allah peyğəmbərə (ə.s) buğda əkməyi buyurur. Musa peyğəmbər Allahın buyurduğu kimi tarlaya bugda səpir, ona qulluq edir, sulayır. Vaxt gəlib çatır, buğdalar yetişir. Həzrəti Musa (ə.s) buğdanı biçib, üyüdür.

Bu vaxt Uca Yaradan ona deyir:

- Ya Musa! Sən nə ilə məşğulsan?
- Allahım! Buğdanı biçmişəm. İndi isə dəni küləşdən ayırıram – deyə Həzrəti Musa (ə.s) cavab verir.

- Ya Musa, bu sənin sualının cavabıdır. Çünki ölüm biçin kimidir. Həmçinin dəni küləşdən ayırdığın kimi, ölüm də mömin insanları günahkarlarda ayırır, - Uca Yaradan peyğəmbərə (ə.s) deyir.

Hər kəs ölümə özünəməxsus şəkildə yanaşır. Amma burada əsl həqiqət birdir və dəyişilməzdir - "Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır". (Mülk surəsi, 1-2-ci ayələr).

Islam-Today

Arkadaşlarınla ​​paylaş

Sitede 121 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024