Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ


Eğitimin sırrı çocukta saygıyla başlar

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ
"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir".
Bu barədə pediatr Gülnar Abdullayeva Tatli.Biz-a açıqlamasında bildirib.
"Dəridə yanma tərzində qızarıqlıq, bəzən dəridən qabarıq olan, azacıq qaşıntılı, təzyiq olanda solan ləkələrdir. Daha çox göbələk infeksiyasına bağlıdır. Bəzən isə bu alt bezlərinə bağlı allergik reaksiya və ya həmin nahiyənin nəm olması, sidik yolu infeksiyası, tez-tez nəcis ifrazı, antibiotiklərin istifadəsi da bu problemə gətirib çıxara bilir. Dəri uzun müddət nəm olduqda və bez ilə təmas etdiyi dövrdə dərinin tamlığı pozulur və beləliklə də uşaqda dermatit inkişaf edir.
Pediatrın sözlərinə görə, ümumiyyətlə, əgər bişməcə iki günü ötübsə, burda artıq göbələk mənşəli olduğu düşünülməlidir.
"Bunun qarşısını almaqdan ötrü uşaqların bezi tez-tez dəyişdirilməli, aşırı sabun və ya şampunla yuyulmamalı, sıx bağlanmamalıdır ki, dəri havalana bilsin. Bezlərin suyu udması nə qədər yaxşı olsa, dəri o qədər quru olar və təbii ki, bu zaman uşaqlarda bişməcə olmaz. Uşaqlarda bez altı kremlər də o məqsədlə istifadə olunur. Belə ki, onlar dərinin üzərində qoruyucu təbəqə yaradır və beləliklə dərinin aşınmasının qarşısı alınır. Əgər proses göbələk mənşəlidirsə, təbii ki, bu zaman göbələk əleyhinə olan həkimin təyini ilə kremlərdən istifadə etmək lazımdır.

Arkadaşlarınla ​​paylaş

Sitede 52 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024