Şimal ölkələrindəki müsəlmanlar 22 saat oruc tutacaqlar

Şimal ölkələrindəki müsəlmanlar 22 saat oruc tutacaqlar


Eğitimin sırrı çocukta saygıyla başlar

Şimal ölkələrindəki müsəlmanlar 22 saat oruc tutacaqlar

Şimal ölkələrindəki müsəlmanlar 22 saat oruc tutacaqlar
Stokholmun İctimai işlər və Dini Qurumlarla İş üzrə müşaviri Mehmet Fatih Karaca bildirib ki, İsveç, Norveç, Finlandiya kimi şimal ölkələrində yaşayan müsəlmanlar bu ilin ramazan ayında 22 saat oruc tutacaqlar. Bunun səbəbi həmin ölkələrdə günəşin çox erkən doğub , çox gec batmasıdır.

Karaca bildirib ki, onlar üçün belə bir uzun müddətdə oruc tutmaq çətin olmayacaq. O, "Məlumdur ki, Stokholmdakı müsəlmanlar 20 saat oruc tuturlar. Şimal bölgələrdə isə bu müddət 22 saata qədər artıb. Lakin Allah bu diyarın sakinlərinə başqa bir sevinc də bəxş edib. Çünki, burada iqlim bir qədər fərlidir və insanlar bu müddət ərzində az susayır və tez yorulmurlar" – deyib.

Müsəlmanlar üçün dünyada ən uzun müddət oruc tutulacaq ərazi İslandiyanın şimal hissəsində Reykjavik şəhəridir. Burada müsəlmanlar 22 saat 34 dəqiqə oruc tutacaqlar. Ən qısa oruc tutlan ərazi isə Argentinanın Ushuaia şəhəri olacaq. Burada müsəlmanlar 8 saat 57 dəqiqə oruc tutacaqlar.

Arkadaşlarınla ​​paylaş

Sitede 66 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024