Eğitimin sırrı çocukta saygıyla başlar
Valideynlərə vacib tövsiyə: Uşaqlardakı bu xəstəlikləri müalicə etdirməyin
"Təəssüf ki, həkimlərin uşaqlara səhv diaqnoz qoyması hallarına tez-tez rast gəlirik".
Tatli.Biz Tatli.Biz-a istinadən bildirir ki, bunu pediatr Altay Abdullaoğlu deyib. Onun sözlərinə görə, əsasən aşağıdakı xəstəliklərlə bağlı səhvlər edilir:
1. Kəllədaxili təzyiq
2. Timus
3. Hipoksiya (oksigen catışmazlığı)
4. Nevroloji uşaq
Həkim qeyd edib ki, bu xəstəliklər səbəbiylə kurslarla müalicə alan yetərli sayda körpə uşaq var: "Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamaqlar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır"
Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz odur ki, körpələrin orqanizmini lazımsız müalicələrlə yükləməsinlər".