- •
Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin.
(Çin atalar sözləri)
- •
Çox savaşan rüşvət verər.
- •
Çin sözün deyən, qurtulur, sözün çinin deyən, tutulur.
- •
Çinin sözü, sözün çini: gerçəyin sözü, sözün gerçəyi.
- •
Çox eşidəndən, bir görən yaxşı.
- •
Çox guruldayan bulutdan, yağış umma.
- •
Çox əli işdə gör, az əli aşda gör.
- •
Çolaq kora baxıb şükr edər.
- •
Çırt bu yandakı gözünə.
- •
Çalışmayan ac qalar.
- •
Çalışqan dəvə zınqrovlu olar.
- •
Çalışqan atın boynu muncuqlu olar.
- •
Çalışanı ac, tənbəli tox görən yoxdur.
- •
Çalışan əli bıçaq kəsməz.
- •
Çalışan qazanar.
- •
Çalğısız toy olmaz.
- •
Çalğı toyun yaraşığıdır.
- •
Çalğı olan yerdə, oynamaq da olar.
- •
Çalağan göydə dolanar, cücənin ürəyi bulanar.
- •
Çala-çala havaya düşüb.
- •
Çal belə, qurbanın olum, çal belə, gedər bu dövran, dəxi düşməz ələ.
- •
Çayxana dolu - sahə boş.
- •
Çayır yeddi il leylək yuvasında qaldı, yerə düşdü bitdi, atasının vəziyyətini unutmadı.
- •
Çayın daşı – çölün quşu.
- •
Çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdi, dördü bəsdir, elə ki, keçdi beşə vur on beşə, çay nədir, say nədir?
- •
Çayda balıq yan gəzər.
- •
Çaya çat, sonra çırman.
- •
Çay görməmiş çırmanır.
- •
Çay ki, oldu dişləmə, sən də otur işləmə.
- •
Çay yanında quyu qazımazlar.
- •
Çay quşu çay daşı ilə vurular.
- •
Çay quşu ayağından tutular.
- •
Çay bir olar, çeşmə min.
- •
Çay aşağı axıtdım, çay yuxarı axtardım.
- •
Çadrasızlıqdan evdə oturub.
- •
Çadra altında hər arvad gözəldir.
- •
Çağrılmamış qonağı köpəklər qarşılar.
- •
Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
- •
Çağırılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- •
Çaqqalın yuxusuna toyuq gələr.
- •
Çaqqaldan çox çarıq aparan olmaz, enə ayaqları yalındır.
- •
Çaqqalın hayıfını (acığını) baqqallar çıxır.
- •
Çaqqal yuvasında toyuq qaqqıldayır.
- •
Çaqqal var ki, baş kəsər, qurdun adı bədnamdır.
- •
Çömçə dedi: - İndi bulanıb çıxmışam!
- •
Çox verdim, dedilər dəlidir, az verdim, dedilər xəsisdir.
- •
Çox ver, az yalvar.
- •
Çox varlanmaq və çox danışmaq, insanı məhv edər.
- •
Çox bilmək istəyən, çox da çalışsın gərək!
- •
Çox bilib, az danışmaq, igidin ləngəridir (yaraşığıdır).
- •
Çox bilən çox çəkər.
- •
Çox bilən, tez qocalar.
- •
Çox bilən quş dimdiyindən tələyə düşər.
- •
Çox aşıqlar yarı yolda qalıblar.
- •
Çox arpa atı çattadar.
- •
Çox and içənin andına inanmazlar.
- •
Çox ağaclar kökündən doğranıb.
- •
Çor deyənə can desəm, ya rəbb, nəyim əskilər?
- •
Çomağın o biri başın çevirir.
- •
Çolaq koru görəndə öz halına şükür eylər.
- •
Çolaq at seyidə nəzirdir.
- •
Çolaq ayağa daş dəyər.
- •
Çobansız sürü olmaz.
- •
Çobansız sürü yolu azar.
- •
Çobansız qoyunu qurd yeyər.
- •
Çobanın yasdığı yastı qayalardır.
- •
Çobanı özündən olanın qoyunu dişi doğar.
- •
Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
- •
Çoban corabını özü toxuyar.
- •
Çoban çox olanda qoyunu qurd yeyər.
- •
Çoban dayağı ilə, gəlin duvağı ilə.
- •
Çiçək çox olan yerdə, arı da olar, bal da.
- •
Çıxan qan damarda qalmaz.
- •
Çırtıq vursan, qanı çıxar.
- •
Çırağına yağ töküblər.
- •
Çıraq öz dibinə işıq salmaz.
- •
Çiçəyi burnunda gəzdirər.
- •
Çirkin özünü gizlədər, gözəl aşkara gəzər.
- •
Çirkin yuyunmaqla gözəl olmaz.
- •
Çirkin dövlətli qızını atası adına alarlar.
- •
Çirkaba daş atma, üstünə sıçrayar.
- •
Çinara nə qədər su versən, meyvə verməz.
- •
Çiy süd əmənə etibar yoxdur.
- •
Çiy noxud ağızda islanmaz.
- •
Çiy ət ət gətirər, çiy çörək – dərd.
- •
Çiy ət dərd gətirər.
- •
Çibin mundar deyil – ürək bulandırır.
- •
Çətini ölənəcəndir.
- •
Çərşənbə yemişidir.
- •
Çərçinin nəğməsi yox, nərəsi çox.
- •
Çərçinin ana-atası, ayaqları altındadır.
- •
Çərçinin yüz andı, öz eşşəyinə qənim olar.
- •
Çərçi kisəsindəkini sanar.
- •
Çərçi qızı munculu olar.
- •
Çənginin qazandığı ənlik-kirşana gedər.
- •
Çənəsi sallaq qarıdır.
- •
Çənənə çox yol vermə.
- •
Çənə yumruqdan qorxar.
- •
Çənə yorulmasaydı, adam hey yeyərdi.
- •
Çəkməyən nə bilir sevda dərdini?
- •
Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi.
- •
Çəkmə namərd minnətin, get səhrada dolan gəz.
- •
Çəkic ol – üstdə ol, zindan olub altda qalma!
- •
Çəkilən zəhmət hədər getməz.
- •
Çeşmə ümman yaradar.
- •
Çevir tatı, vur tatı.
- •
Çaş biri iki görər.
- •
Çahar atdım şeş gəldi, yenə fələk uddu məni.
- •
Çaxmağını çax, papağımı tapım.
- •
Çaxmaq məndən, qov səndən.
- •
Çaxırı töksən siçanın boğazına pişikdən pasport istər.
- •
Çaxırı lala versən, lal dil açar.
- •
Çaxırı keçinin boğazına töksən varıb dağları aşar.
- •
Çaxırı iç şir böyrü yırtmağa, içmə qarğalar gözünü dəlsin.
- •
Çaxır paxır açandır.
- •
Çaxır içən malın itirər, bəng çəkən – ağlın.
- •
Çarşab-corab eyləyib gəlir.
- •
Çarığında itirən, patavasında tapar.
- •
Çarığına baxma, ürəyinə bax.
- •
Çarıq tapan dolağın da tapar.
- •
Çarəsiz dərdə loğman da acizdir.
- •
Çarəsiz dərd olmaz.
- •
Çarvadara yol göstərməzlər.
- •
Çapqınçı olsan da insafı əldən vermə.
- •
Çanağında bal olsun, arısı gələr Bağdaddan.
- •
Çobanın meyli olsa, təkədən pendir tutar.
- •
Çıxmayan cana ümid çoxdur.
- •
Çarx dolanır, gün keçir.
- •
Çox bilən quş, dimdiyindən cələyə düşər.
- •
Çox bilib az danışmaq igidin ləngəridir.
- •
Çox bilirsən, az danış.
- •
Çörək itirən çörək tapmaz.
- •
Çörəyini özü öz ayağı ilə tapdaladı.
- •
Çatana çatır, çatmayana bir daş atır.
- •
Çanax öz başında sınar.
- •
Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
- •
Çalışqan əl nəyə dəysə qızıl olar.
- •
Çala-çala çalağan olar.
- •
Çörək itirən, çörək tapmaz.
- •
Çox qarışqa bir şiri öldürər.
- •
Çağrılan yerdə bit, çağrılmayan yerdən it.
- •
Çalışanın çörəyi dadlı, ərincəyin canı.
- •
Çalışqanın biri iki olsa, ərincəyin ikisi bir olar.
- •
Çamurdan çıxdıq, palçığa batdıq.
- •
Çağrılan yerə ar etmə, çağrılmayan yeri dar etmə.
- •
Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- •
Çağrılan yerə var, çağrılmayan yerdə nəyin var.
- •
Çağrılmayan yerə, pişiklə it gedər.
- •
Çağsız çiçək açılmaz.
- •
Çalındıqca tikildi, dadındıqca bitindi, qırıldıqca düzüldü, düzən qalmır düzməyə, tabım yoxdur dözməyə.
- •
Çalan çoxdu, oynayan yoxdu.
- •
Çalış qızı ucuz al.
- •
Çalqını çalana, sözü danışana, işi bilənə, yolu gedənə, atı sürənə, malı alana, qızı sevənə, biçini əkənə ver deyiplər.
- •
Çaşqın oldun bayıldın, daşqın oldun asıldın.
- •
Çirkin bürünər, gözəl görünər.
- •
Çox gurlayan bulut, az verir yağış.
- •
Çörək ağacın əlində olsun, çörəyin ağac başında olmasın.
- •
Çörək nə qədər şişədə, xəmirdən qaçağı yox.
- •
Çörəyin ağacı var, ağacında çörəyi var.
- •
Çörəksiz ol, ürəksiz yox.
- •
Çüçük hürə-hürə, it olar.
- •
Çürük paxlavanın, kor alıcısı olar.
- •
Çürük taxta çüv (mıx) tutmaz, dəlik tava yağ tutmaz.
- •
Çürük nərdivan, uca dam, çürük ip, dərin quyu.
- •
Çəkinmək, əyri yolun, düzə olan borcudur.
- •
Çirkin olsun qız olsun, əyri olsun yol olsun.
- •
Çox bilən çox yanılır.
- •
Çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşi.
- •
Çox daşar, az dolar, az daşsa, çox dolabilməz.
- •
Çox danışma, ağzın böyüyər.
- •
Çox yaş olma – sıxılarsan, çoxda quru olma qırılarsan.
- •
Çörəyi qurudur, ayranı duru.
- •
Çuvalın boşu, dik durmaz, ağlı olan, tək durmaz.
- •
Çox yemək insanı az yeməkdən də qoyar.
- •
Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.
- •
Çıxış yolu olmayanın çıxış yolu səbrdir.
(Ərəb atalar sözü)