Yarpağın macərası

Yarpağın macərası


üsyanım yox, amma... Düşünürəm də bu qədər böyük aləmdə kiçik bir yarpağa kim əhəmiyyət verər ki? Külək dostunu sevindirmək üçün onu bir yuxarı, bir aşağı endirib dayanırdı. - Ah dostum, sanki bu aləmdə hər kəsin əhəmiyyəti öz əlinədir ki, sən əhəmiyyətsizliyinə kədərlənirsən. Kim qiymətlidirsə, bu dəyər ona bir lütfdür. Ne nemət verilmişsə öpüb başına qoyacaqsan. Bunu “Mən qazandım.” lovğalanması səhv olduğu kimi, “Mən bir heçəm” ifadəsidə səhvdir. Bax nə gözəl paltarların və vəzifən var. - Yaxşı, sən niyə zərrəciklərimi bir-bir təmizləyirdin? Niyə bu qədər kiçik zərrələrin, atomların əhəmiyyəti yox demirdin? - Nə bilim, vəzifəm o idi və mən də edirdim. - Eh, sənə o vəzifəni verən Zat, mənim hər zərrəmi hər an bilir və idarə edir deməkdir. Mənim bütün zərrəciklərim faydasız olsaydı mən onları bir istiqamətə icra edib əsə bilməzdim heç? Mənim kiçik zərrələrimi unutmursa, sənin kimi əhəmiyyətli işlər görən birini heç unutmaz. Haydı gəl səninlə varlıqlar arasındakı bir-birlərinə necə kömək etdiklərinə baxmağa gedək. Orada suallarına daha yaxşı cavab taparsan. Külək yavaş yavaş solğunlaşan yarpağı yüksəldib ətrafdakı canlıları seyr etdirdi. Bitki və ağaclar meyvəyə dayanmanın təlaşında idilər. Şəfqət dənizində üzən varlıqlar, bir-birlərinin köməyinə gedirdilər. Yarpaq baxışlarını qaldırıb, əndamını şəfqətlə isidən günəşə baxmaq istədi. Ən sevdiyi şey, hər səhər günəşlə cilvələşmək idi. Doğulduğundan bəri onun isti iqlimində xoşbəxt bir həyat sürmüşdü. Gecə itdiyində, səhərə qədər səbirsizliklə onun geri gəlməsini gözləyərdi. Günəşlə vaxt keçirdiyi zaman ondan aldığı şüalarla içindəki çirkli havanı təmizləyərdi. Bu dostluqdan doğan tərtəmiz nəfəs ətrafdakı hər kəsə həyat
<< 1 2 [3] 4 5 >>
Sadece 1094 kişi okudu
Beğendim(145) | Beğenmedim(147)
Arkadaşlarınla ​​paylaş

Sitede 120 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024