Kəbin kəsdirmə

Kəbin kəsdirmə


qızın paltarına tökür. Bəzən bu vaxt oğlan adamlarından biri kağız vərəqini qayçı ilə kəsib doğrayır, bununla guya o, "havada uçub dolaşan bədxah ruhları" tikə-tikə parçalayır. Sonra bu kağız tikələrini yandıraraq, evlənənləri onun tüstüsünə tuturlar.

Adət-ənənəyə görə, nikah kəsilən zaman gəlin qız hökmən bəxt güzgüsünə baxmalı və bu vaxt onun paltarında bir dənə də olsa düyün olmamalıdır. Hətta onun belindəki kəməri belə açıq qalmalıdır. Bu da qızın gələcək həyatında heç bir işin düyünə düşməməsi arzusuna arxalanır.

Ötən çağlarda bəzi yerlərin qaydasınca, kəbin kağızını tərtib etməkdən əvvəl molla hər iki cavandan yeddi arxasının adlarını soruşur, bunu bilməyənlərə kəbin kəsmirdi.

Digər el əski adətinə görə, kəbin kəsilən zaman hamının barmaqları açıq, qolları yanında olmalıdır. İnanırdılar ki, bu vaxt kiminsə barmaqları və qolları çarpazlanmış olsa, toy gecəsi bəy oğlan "bağlana bilər". Həmçinin əmindilər ki, kəbin duası oxunan zaman digər adam bu duanı tərsinə oxusa, bəy və gəlinə ziyan vurub nikahı poza bilər və s. Odur ki, cadu və ovsunun qorxusundan bəzən bu mərasim toy ərəfəsində və ya toy günü deyil, ara sakit olanda bir-iki yaxın qohum-qardaşın iştirakı ilə icra olunurdu. Bəzi hallarda isə bu mərasim tam məxfi surətdə edilir, bəy isə cox vaxt gizlənib burada görsənmirdi.

Mərasimin sonunda oğlan evi şirinlik üçün mollaya ənənəvi "üç manat pul, bir kəllə qənd" və s.-dən ibarət xələt verir. Qədim qaydalara görə, bu andan etibarən gəlin qız oğlana məhrəm, onun "halal malı" sayılır.

Bəzi yerlərin adətincə, bu mərasimdən sonra oğlan tərəf toy gününə qədər, hər gün qızgilə şirni və meyvə göndərməlidir.

Digər bölgələrin qaydasına görə, qız evi yalnız kəbin kəsildiyi xəbərini
<< 1 2 [3] 4 >>
Sadece 826 kişi okudu
Beğendim(149) | Beğenmedim(146)
Arkadaşlarınla ​​paylaş

Sitede 173 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024