Mən olmayacam

Mən olmayacam


Dedin ki, göz yaşı gətirdim sənə,
Daha gözlərində nəm olmayacam.
Nə olar bu gecə gəl mənimlə ol,
Bəlkədə səhəri mən olmayacam.
Dedim danış mənlə, dinləyim səni,
Dedin incidərmi sevən sevəni,
Bir də incitmərəm səni mən yəni,
Üzünün kədəri mən olmayacam.
İnsan ölər ruh tərk edər bədəni,
Amma unutmaz ki, sevən sevəni,
Gözləri hər yerdə gəzəndə məni,
Yox onun xəbəri mən olmayacam.
Sadece 2547 kişi okudu
Beğenen (663) | Beğenmeyen (438)
Arkadaşlarınla ​​paylaş

Sitede 100 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024