GÜCÜM ÇATMAYACAQ - Anekdotlar

GÜCÜM ÇATMAYACAQ - Anekdotlar


Sitemizde yer alan fıkralar aşağıdaki harflere göre gruplandırılmıştır

GÜCÜM ÇATMAYACAQ


Teymur Ləngin xasiyyətlərindən birisi də bu idi ki, yuxuda hər
kim ona pis söz desə idi, yaxud pis surət göstərsə idi, yuxudan oyananda
onu asdırardı. Molla Nəsrəddin onun bu xasiyyətini bilən kimi şələşüləsini
yığışdırıb birbaş qaçır kəndlərinə. Kəndlilər onun başına
yığışıb soruşurlar:
– Molla niyə qaçıb gəldin? Nə qədər ki, sarayda idin, yenə camaata
xeyrin dəyirdi. Vergidən-mergidən az-maz bağışlatdıra bilirdin.
Molla deyir:
– Ayıqlıqda, doğrudur, təsir eliyə bilərdim. Ancaq gördüm bu zalım
oğlu zalımın yuxusuna girməyə, özü də xoşuna gəlməyə mənim
gücüm çatmayacaq. Ona görə də başımı götürüb qaçdım.
Arkadaşlarınla ​​paylaş

Sitede 63 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024