Mədə koronavirusu necə olur? - Çox xəstələr belə yoluxur

Mədə koronavirusu necə olur? - Çox xəstələr belə yoluxur


Her gün yeni ilginç bilgiler ekleniyor

Mədə koronavirusu necə olur? - Çox xəstələr belə yoluxur

Mədə koronavirusu necə olur? - Çox xəstələr belə yoluxur
Pandemiyanın üçüncü dalğasında pasiyentlərdə koronavirusun daha çox mədə forması rast gəlinir.
Tatli.Biz xəbər verir ki, bunu Sankt Peterburqdan qastroenteroloq Yuliya Kovovina bildirib.
Mədə koronavirusu Covid infeksiyasının daha çox həzm sistemini zədələməsi ilə xarakterizə olunur.
"İnfeksiya mədədən tutmuş bağırsaqlara kimi selikli qişalarda yığılır. Mədə koronavirusunun əlamətləri klassik, qripə bənzər variantdan fərqlənir. Bu zaman hərarət, öskürək olmur. Ağciyərlər az zədələnir.
Ona görə həkim və xəstələr tərəfindən koronavirusa yoluxma kimi dəyərləndirilmir. Halbuki bu xəstələr də analiz versələr koronavirus aşkarlanacaq.
Mədə koronavirusunda mədədə ağrı, sancı, reflüks, bulanma, göbək aşağısında ağrı, köp, qusma, ishal yaranır.
İştahsızlıq olur. Əgər xəstədə sidik və öddə daş varsa, bu kəskinləşir.
Xəstənin təzyiqi yüksələ bilər, səhərlər qaytarma refleksi olur, öyüyür, amma qusmur". /medicina.az
Tatli.Biz

Arkadaşlarınla ​​paylaş

Sitede 97 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023