Ev şəraitində faydalı təbii sabunların hazırlanması

Ev şəraitində faydalı təbii sabunların hazırlanması


Her türlü yemek ve tatlı tarifleri

Ev şəraitində faydalı təbii sabunların hazırlanması

Ev şəraitində faydalı təbii sabunların hazırlanması
Belə sabunlar dəri üçün çox faydalıdır, dəriyə müalicəvi təsir edir, gözəlləşdirir və cavanlaşdırır.  
Ev şəraitində faydalı ətirli sabunları hazırlamaq üçün lazım olan inqrediyentlər:
- 100 qr iysiz və rəngsiz uşaq sabunu
- 100 qr süd
- 1 x.q. badam yağı (ərik, zeytun yağından da istifadə etmək olar)
- 1 x.q. qliserin (apteklərdə satılır)
- 1 ç.q. bal
- 2 x.q. kokos yonqarı
- 10 damcı istənilən efir yağı (çay ağacı, limon, lavanda, darçın, vanil və s.). Bir neçə efir yağından da istifadə etmək olar (birlikdə 10 damcı alınmalıdır).
Hazırlanması:
1. Sabunu sürtgəcdən keçirdirik, qazana tökürük, üzərinə süd əlavə edirik, qarışdırırıq və su hamamında əridirik. Sabun şüşə və ya dəmir qazanında əriməlidir (allüminium qazandan istifadə etməyin).
2. Kütləni tez-tez qarışdırmaq lazımdır. Kütlə qaynamamalıdır.
3. Kütlə tam əridikdən sonra oddan götürülür, badam və ya digər yağ və qliserin əlavə olunur, qarışdırılır.
4. Kütlə bir qədər soyuduqdan sonra bal, kokos yonqarı və efir yağları əlavə olunur, yaxşı qarışdırılır.
5. Sonra kütləni kiçik plastik və ya silikon formalara qoyuruq, üzərinə spirt çiləyirik və qurumağa qoyuruq.
6. Sabun tam quruduqdan sonra formalardan çıxardırıq və istifadə edirik.
Sabun hazırladıqda müxtəlif efir yağlarından istifadə etmək olar, sabuna qurudulmuş otları (çobanyastıqı, kalendula, adaçayı və s.) əlavə etmək olar.

Arkadaşlarınla ​​paylaş

Sitede 67 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024