Feyxoa
Şəkər tozu
Su
Bankaların ağzına bağlamaq üçün yapışdırıcı
Hazırlanması:
Feyxoanı təmizləyib yuyuruq.
Bankaya dörd barmaq hündürlüyündə meyvə tökürük.
Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu tökürük.(Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)
Su qaynadırıq.Qaynar suyu bankaya əlavə edirik. Qapaqları da qaynar suya qoyuruq. Bankanın ağzını qapaqla örtüb yapışdırıcı ilə bağlayırıq. Sonra bankaları çalxalayırıq içindəki şəkər tozu əriyir.
Bankaları adyalın arasına qoyub bükürük.
Soyuyandan sonra bankaları çıxarıb çalxalayıb götürürük.
Nuş olsun!