Ərzaqlar:
1 kq gilas
1 kq şəkər tozu
1 st su
Hazırlanması:
Gilası yuyub təmizləyirik.
Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq.
Şəkər əriməyə başlayanda gilası tökürük. Astaca qarışdırırıq.
Üzünə çıxan kəfi yığırıq və asta qarışdırırıq ki, hər tərəfi eyni bişsin.
Kəfi azalanda mürəbbə ortasından qırmızı köpüklə qaynayır onda bilinir ki, hazır olmağa az qalıb.Qaşığı qaldırıb suyu az ağırlaşmaq istəyəndə götürürük.
Gilas mürəbbəmiz hazırdı.
Mürəbbə soyuduqdan sonra bankalara yığırıq.
Nuş olsun!