Her türlü yemek ve tatlı tarifleri
Heyva ilə qoyun əti. ÇOX LƏZZƏTLİ!
Tərkib:
- 500 qr qoyun əti
- 1 baş soğan
- 2 x.q. kərə yağı
- 1 heyva
- 1 x.q. tomat
- duz, istiot, sarıkök
- keşniş
Hazırlanması:
1. Qoyun ətini yağda bir qədər qovurun, üzərinə çıxana qədər su tökün, vam odda divarları qalın qazanda qaynadın.
2. Ət yumşalanda qazana qızardılmış soğan, tomat, dilimlərə doğranmış heyva, duz, istiot, sarıkök əlavə edin, hazır olana qədər vam odda bişirin.
3. Masaya verəndə üzərinə xırda doğranmış keşniş səpin.
Nuş olsun!