Her türlü yemek ve tatlı tarifleri
"Mimoza" salatı-2
"Mimoza" - çoxlarının sevimli salatıdır. O, müxtəlif reseptlərlə hazırlanır. Biz sizə sadə, dadlı və hazırlanması dahan asan resept təqdim edirik.
Tərkibi:
Kartof-3-4 ədəd
Yerkökü – 2-3 ədəd
Baş soğan(kiçik olmalıdır) – 1 ədəd
Yumurta -4 ədəd
Konservləşdirilmiş sayra balığı – 1 banka
Duz
Təzə döyülmüş qara istiot
Mayonez
Şüyüd
Hazırlanması:
Kartof, yerkökü və yumurta bişirilir. Tərəvəzlər təmizlənib xırda doğranır. Yumurtanın ağı sarısından ayrılır. Ağı nazik doğranır, sarısı isə sürtkəcdən keçirilir. Konservləşdirilmiş balığı çox da böyük olmayan bir hissəyə bölünür, ancaq onu əzməməyə çalışın. Soğan xırda doğranır.
Salat qabına kahı qoyulur, ərzaqlar qat –qat düzülür. Ən aşağı qatda kartof, sonra yerkökü, soğan, balıq qoyuıur. Qatların arasına mayonez çəkilir.
Rahatlıq üçün onu boşqabda da etmək olar. Salatın üzərinə yumurta sarısı səpilir və şüyüd budaqcıqları ilə bəzədilir.
Nuş olsun!