1 kq toyuq əti
2 x.q əridilmiş kərə yağı
3 ədəd baş soğan
1 nəlbəki zoğal (ya da zoğal qurusu)
1 ç.q şəkər tozu
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq. Tavada doğranmış soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.
Soğan qovrulduqdan sonra zoğalı və şəkər tozunu əlavə edib 3-5 dəqiqə qovururuq.
Eyni zamanda başqa bir tavada toyuğun ətini təmizləyib yuduqdan sonra duz və istiot töküb qarışdırıb yağda hər tərəfini qızardırıq.
Qızarmış toyuğun üstünə zoğallı soğan qovurmasını tökürük.
Vam odda 5-10 dəqiqə bişdikdən sonra yeməyimiz hazır olacaq.