Quru meyvə salatı
Her türlü yemek ve tatlı tarifleri
Quru meyvə salatı

Bu salatı hazırlamaq üçün quru meyvələrdən istifadə olunur. Salat ürək damarlarını möhkəmləndirir, mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır.
Tərkibi:
Əncir - 100 qr
Armud – 100qr
Ərik-100 qr
Kişmiş-100 qr
Qoz ləpəsi-100 qr
Bal- 100 qr
Zeytun yağı -100 qr
Limon-1 ədəd
Hazırlanması:
Bütün meyvələr təmiz yuyulub süzgəcə tökülür. Üzərindən qaynar su axıdılır. Sonra qoz ləpəsi də əlavə edib bürtün meyvələr meyvə doğrayan maşından keçirilir. Sonra qarışığa bal, zeytun yağı və limonun şirəsi qatılıb, 1 kiloqramlıq bankaya doldurulur. Qapağı mıhkəm örtülərək 1 həftə soyuducuda saxlanılır.
Bu salatı yeməkdən əvvəl, gündə 3 dəfə, 1 xörək qaşığı yemək məsləhətdir.