Sadə ŞOKOLADLI PİROJNA

Sadə ŞOKOLADLI PİROJNA


Her türlü yemek ve tatlı tarifleri

Sadə ŞOKOLADLI PİROJNA

Sadə ŞOKOLADLI PİROJNA
Tez və asan hazırlanan şokoladlı pirojna. Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.
Reseptdə kağızdan kəslilmiş trafaretlər istifadə olunur. Müxtəlif formada fiqurlar kəsin, pirojnanın üzərinə qoyun, pudra səpin.
İnqrediyentlər:
- 150 qr şokolad
- 150 qr kərə yağı
- 150 qr şəkər tozu
- 2 yumurta
- 250-300 qr un
- 2 ç.q. qabartma tozu
- 2 ç.q. vanilli şəkər tozu
- pudra
Hazırlanması:
1. Şokoladı su hamamında əridin.
2. Yumşaq kərə yağını şəkər tozu və vanilli şəkər tozu ilə çalın.
3. Yumurta əlavə edin, yaxşı çalın.
4. Şokolad əlavə edin, qarışdırın.
5. Qabartma tozu, un əlavə edin, qarışdırın.
6. Formaya kərə yağı çəkin və ya perqament sərin, xəmir tokün, hamarlayın.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, 25 dəqiqə bişirin.
8. Kvadrat şəklində kəsin, üzərini bəzəyin.
Nuş olsun!
Mənbə: say7.info
Tərcümə:

Arkadaşlarınla ​​paylaş

Sitede 116 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024