Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar


Gelişmelerden haberdar olmak için bizi takip edin

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar
Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar.
Tatli.Biz xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unikal material üzərində işləyirlər. Bu kəşf kamuflyaj sahəsində inqilab edərək insanların ətraf mühitə asanlıqla qarışmasına şərait yaradacaq.
Alimlər bu texnologiyanın həm hərb, həm də memarlıq sahələrində böyük potensiala malik olduğunu bildirirlər. Tədqiqatçı Van Donşenqin sözlərinə görə, bu material müxtəlif sahələrdə ciddi dəyişikliklərə yol aça bilər.
Layihə təbiətdəki buqələmun və səkkizayaqlı kimi heyvanların rəng dəyişmə qabiliyyətindən ilham alıb. Yaxın gələcəkdə kamuflyaj funksiyalı materialların prototipləri təqdim edilə bilər və bu texnologiya bir çox sahələrdə əhəmiyyətli yeniliklərə səbəb olacaq.
Aysel Əkbər
Tatli.Biz

Arkadaşlarınla paylaş

Sitede 39 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026