Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır


Gelişmelerden haberdar olmak için bizi takip edin

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır
Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Bu barədə Tatli.Biz-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Tatli.Biz

Arkadaşlarınla ​​paylaş

Sitede 67 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024