NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO


Gelişmelerden haberdar olmak için bizi takip edin

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

NASA
ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb.
Tatli.Biz "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsilə çəkilib.
"Şəkillər tədqiqatçılara yeni ulduzları daha dəqiq saymaqla ulduz əmələ gəlmə modellərini yeniləməyə, ərazidə qaz və tozun miqdarını öyrənməyə kömək edəcək", məlumatda deyilir.
Qartal dumanlığı Yerdən təqribən 6,5 min işıq ili uzaqlıqda yerləşir. Kosmik dumanlıq hissəciklərin birləşməsi nəticəsində yeni ulduzların yarandığı ulduzlararası qaz və toz toplusudur.
Tatli.Biz / news.milli.az

Arkadaşlarınla ​​paylaş

Sitede 137 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024