Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan

Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan


Her kadın güzel görünmeyi hak eder

Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan

Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan
Androloq kişilərdə döllənmə, ata olmaq üçün orqanizmin ideal uyğun olduğu dövrü açıqlayıb.
Tatli.Biz Tatli.Biz-a istinadla xəbər verir ki, uroloq-andoloq Andrey Dmitriyev kişi reproduktiv sisteminin ideal dövrünün 25-28 yaş arası olduğunu deyib.
"Kişilər üçün qadınlardan fərqli olaraq, kəskin vaxt məhdudiyyəti yoxdur. Kişi istənilən yaşda ata ola bilər. Amma orqanizm zərərli vərdişlərdən və stresdən yaşlandıqca tükəndiyi üçün zamanla bu hər yaşda uğurlu olmaya bilər. Ən məhsuldar dövr 25-28 yaş arasındadır. 80% kişilərdə bu period 40 yaşına kimi davam edir.
Spermin yaşla bağlı hərəkətliliyi düşür, alkoqol və siqaret onun hüceyrələrini zədələyir.
Hamilə qalmağa infeksiyalar, xəstəliklər də təsir edir. Ona görə 30 yaşdan sonra kişilər də qadınla birgə hamiləlik planlamasına hazırlaşmalıdır.
3 ay əvvəldən siqaret, içkini azaltmalı, qidalanmaya fikir verməlidir.
3 ay ərzində spermlərin tam yenilənməsi baş verir, mayalanmaya hazır olur. Siqaret, içki, energetik içki, eləcə də aşağı çanaq hissənin isidilməsi, saunadan uzaq durmaq lazımdır.

Arkadaşlarınla ​​paylaş

Sitede 76 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024