Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə


Her kadın güzel görünmeyi hak eder

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə
"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər".
Bu sözləri Modern.az-a psixoloq- seksoloq Ləman Telmanqızı deyib.
O bildirib ki, cinsi istəksizliyi 3 fərqli tipə bölürük:
"Birinci cinsi ikrah: Yeniyetməlik dövründə başlayan ilk cinsi ikrahda insanın heç bir cinsi fəaliyyətə marağı və istəyi olmur.
İkincilə cinsi müqavimət: bu, insanın əvvəllər cinsi əlaqədə olması, lakin sonradan aktivliyini itirməsi ilə izah olunur. Daha sonra yaranan bu vəziyyət adətən neqativ hallardan sonra müşahidə olunur.
Üçüncü situasiyalı cinsi istəksizlik: bu, insanın zaman-zaman cinsi istəyini itirdiyi bir vəziyyətdir. Adətən yorğun və gərgin günlər, maliyyə problemləri və əhval dəyişikliyi səbəb olur".
Ləman Telmanqızı qeyd edib ki, istəksizlik halında cinsi əlaqənin tezliyi ayda bir dəfəyə qədər azalır:
"İstəksizlik cinsi əlaqə zamanı alınan həzzi də azalda bilər. İnsan yorğunluq, zəiflik və depressiya hissləri yaşayır. Kişilərdə və qadınlarda cinsi istəksizliyin əlamətlərini aşağıdakı kimi sadalamaq olar:
cinsi əlaqənin tezliyi ayda bir dəfə və ya daha azdır, cinsi əlaqə zamanı soyuqluq hissi, seksuallığı düşünməmək və ya cinsi istək yaşamamaq, bu istəyi hiss etməmək və ya nadir hallarda yaşamaq, ereksiya problemləri və ya qısa boşalma müddəti, dərman qəbul etmədən cinsi əlaqənin mümkünsüzlüyü...
Cinsi istəkəksiz kişilərə və qadınlara yalnız orqanik amillər deyil, həm də psixoloji və sosial amillər təsir göstərir.
Ümumiyyətlə, cinsi istəksizliyin səbəblərini aşağıdakı kimi sadalayırıq:
kifayət qədər vaxt yoxdur, münasibətlərdə və evlilikdə problemlər, həddindən artıq stress, kişi hormonlarının çatışmazlığı, hormonal problemlər, antidepresan tipli dərmanlar, ürək-damar xəstəlikləri və diabet kimi xəstəliklər, həddindən artıq içki və siqaretdən istifadə kimi pis həyat vərdişləri, qəzəbli, narahat və ya depressiv əhval-ruhiyyə, məsələn, cinsi yolla keçən xəstəliyə yoluxmaq və ya hamilə qalmaq qorxusu...
Əgər cinsi istək zəifləyibsə qadınlar ginekoloqa, kişilər androloqa müraciət edərək medikamentoz müalicə almalıdır. Bununla yanaşı, onlar paralel olaraq psixoloq - seksoloqa müraciət etməlidirlər. Cinsi istəksizliyin əsas səbəbi həm də psixoloji amillərdir!".

Arkadaşlarınla ​​paylaş

Sitede 76 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024