Qızını yarışmada qalib edən Alsu üzr istədi

Qızını yarışmada qalib edən Alsu üzr istədi


Ünlü yüzler en son haberlerinden haberdar olmak için bizi takip edin

Qızını yarışmada qalib edən Alsu üzr istədi

Qızını yarışmada qalib edən Alsu üzr istədi
Məşhur müğənni Alsu "Səs uşaqlar" şousunda səsvermə prosesinə təsir etdiyinə görə izləyicilərdən üzr istəyib.
 
Tatli.Biz xəbər verir ki, sözügedən müsabiqədə Alsunun qızının qalib gəlməsi müğənni üçün böyük qalmaqal yaradıb. Daha sonra ailə kütləvi tənqidlərə məruz qalıb.
Sənətçi bununla bağlı ilk dəfə açıqlama verib:
"Açıq şəkildə üzr istəmək istəyirəm. Mən sadəcə düzgün sözləri tapıb ifadə etmək istəyirəm ki, insanlar doğru başa düşsünlər. Bu planlaşdırılmayıb, bunu heç kim gözləmirdi, heç kim istəmirdi. Biz sadəcə olaraq hamımız uşaqlarımızı sevirik, onlara bacardığımız qədər kömək etmək istəyirik. Anlayıram bu ədalətsizlik idi və səhv məndə idi. Ona görə də mən hər kəsdən üzr istəyirəm, demək istəyirəm ki, bu, artıq oldu, keçdi".
Xatırladaq ki, müğənninin qızı "Səs uşaqlar" yarışmasına qatılaraq qalib olub. İizləyicilər Alsunun səsvermənin nəticələrinə təsir göstərdiini deyərək onu qınaq atəşinə tutublar.
Aysel

Arkadaşlarınla ​​paylaş

Sitede 132 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024