Gerzey mədəniyyəti Haqqinda Melumat - Vikipedia

Gerzey mədəniyyəti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gerzey mədəniyyəti

Qerzey mədəniyyəti və ya II Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 3600-3200 illər arasını əhatə edir və enolit mərhələsinə aid edilir.[1]

Gerzey mədəniyyəti
Coğrafi region Misir
Lokallaşdırılması Nilin qərb sahili
Başlama tarixi e.ə. 3650
Bitmə tarixi e.ə. 3300
Təmsil edən qədim misirlilər
Əvvəlki Amrat mədəniyyəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

Qerzey mədəniyyəti Amrat dövründən sonra başlayaraq Naqada arxeoloji irsinin ikinci mərhələsini əhatə edir və buna görə II Naqada adlandırılır.[2] Qerzey ismi ilk artefaktın əldə edildiyi əl-Qirza məntəqəsi ilə bağlıdır.

Bu mədəniyyətin mövcud olduğu illər üzərində müxtəlif fikirlər vardır. Bəziləri e.ə 3600-3200 intervalını, digərləri isə e.ə 3500-3200 illər aralığını göstərirlər.[3] Bu mülahizələrdə olan fərqlər ilkin Qerzey artefaktının aid olduğu ilin müəyyən edilməsindəki problemlərlə bağlıdır.

Ümumi Naqada mədəniyyətinin üç hissəyə təsnifatı ilk dəfə 1894-cü ildə britaniyalı tarixçi Flinders Pitri tərəfindən verilmişdir. Mədəniyyətlər arasındakı fərqlər qablar üzərindəki ornamentlərdəki fərqlər ilə bağlıdır. Qerzey saxsı qablarında heyvan, təbiət bağlı rəsmlər, heroqlifə bənzər işarələr tapılmışdır. Amrata nisbətən burda əl işləri daha mürəkkəb formaya malikdir.

İnsanlar əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, bağçılıq və dullusçuluqla məşğul olurdular. Mis və daşdan hazırlanan əmək əşyaları daha da mükəlməlləşmişdi. Bundan başqa əl-Qirzada insan fiqurları, bəzək əşyaları, kosmetika palitrası, fil sümüyü, daş qablar tapılmışdır. İki qəbrdə tapılan dəmir muncuqlar tarixdə ilk dəfə bəzək əşyalarında dəmirdən istifadə olunma halını göstərir.

Aşkara çıxarılan dəfn yerlərində əmək və bəzək əşyaları, fiqurlar, heyvan sümükləri aşkarlanmışdır.

Abidosda aparılan qazıntılar nəticəsində əldə edilən yadelli tapıntılar əhalinin ticarətlə məşğul olduğunu göstərir. Şərab qabları üzümçülük və şərabçılığın inkişaf etdiyi Levant bölgəsi, Qebel əl-Arakdan tapılmış bıçaq dəstəyi Mesopatamiya, gümüş isə Kiçik Adiya ilə olan əlaqələrdən xəbər verir.[4]

Qerzey mədəniyyətinin sonu təxminən Yuxarı və Aşağı Misirin birləşməsi dövrünə düşür.

Periodizasiya redaktə

Qerzey mədəniyyəti üç perioda bölünür:

  • Erkən period - e.ə 3600-3500
  • Orta period - e.ə 3500-3400
  • Son period - e.ə 3400-3300

İstinadlar redaktə

  1. Gerzean culture. Britanica. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  2. "БСЭ. Герзейская культура". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  3. Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford University Press. 2000. səh. 479. ISBN 0-19-815034-2.
  4. University College London. "Gerzeh, tomb 80". Digital Egypt for Universities. 2012-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-22.

Ən Son Axtarılanlar

Fayl:Nizami_Park_Winter8.jpg Fayl:Feuerbach_Ludwig.jpg Fayl:Conservative_gynecology_and_electro-therapeutics_-_a_practical_treatise_on_the_diseases_of_womt Qazaxıstan_telefon_nömrələmə_planı Fayl:The_Campbell_divorce_bill_(microform)_-_womru's_rights_on_Ontario_-_parliamrut_as_a_court_of_ju KitabMənbələri9780814639320 GlobalUsageThe_Earth_seen_from_Apollo_17.jpg Fayl:Our_army_of_Monterey._Being_a_correct_account_of_the_proceedings_and_events_which_occurred_to_t Fayl:The_political_causes_and_consequazces_of_the_Protestant_"_Reformation"_(microform)_-_a_lecture_ mediaTIMI-MUSKAUNA-Kamal-Khatri-Sunita-Karki-Viju-Parki-Kabita-Nepali-Nepali-pop-song-2078-(pJienRU Fayl:A_Tensted_Path_design_and_implementation_for_Security_Enhanced_Linux_(IA_atenstedpathdesi109459 Fayl:Angela_Merkel_Juli_2010_-_3zu4.jpg Fayl:Demuth_Charles_Wild_Orchids_1920.jpg Fayl:Dedham's_ancirut_landmarks_and_their_national_significance_(IA_dedhamsancirutla00rudd).pdf Fayl:Dedham's_ancitrt_landmarks_and_their_national_significance_(IA_dedhamsancitrtla00trdd).pdf Fayl:The_ashore_infrasazucture_requirmazts_(sic)_needed_to_support_e_Maintazance_Facilities_(MM Fayl:The_history_of_tariff_administration_in_the_United_States_-_from_colonial_times_to_the_McKinley Fayl:Canadian_French_-_the_language_and_literature_of_the_past_decade,_1890-1900,_with_a_reruospect_ Töhfələr95.86.190.76 Fayl:Dedham's_ancient_landmarks_and_their_national_significance_(IA_dedhamsancientla00endd).pdf
Arkadaşlarınla ​​paylaş

Sitede 105 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024