Musiqişünaslıq Haqqinda Melumat - Vikipedia

Musiqişünaslıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Musiqişünaslıq

elm sahəsi


Musiqişünaslıq — musiqini, musiqi tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özundə cəmləşdirən elm [1]. Sənətşünaslığın bir sahəsi hesab olunur.

Musiqişünaslıq musiqi sənətinin qanunauyğunluqlarını, müxtəlif təzahürlərini və inkişaf prosesini, onun obyektiv şərtiliyini, ictimai həyatın müxtəlif cəhətləri ilə əlaqəsini öyrənir. Musiqişünaslıq musiqi nəzəriyyəsi, musiqi tarixi, musiqi etnoqrafiyası, musiqi tənqidi sahələrinə ayrılır. Musiqi akustikası və musiqi psixologiyası musiqişünaslığın müstəqil bölməsi olmaqla bərabər, həmçinin fizika və psixologiyanın bir hissəsini təşkil edir. XX əsrin 60-70-ci illərində musiqişünaslığın musiqi sosiologiyası kimi müstəqil sahəsi yaranmışdır. Nəzəri musiqişünaslıq gerçəkliyin musiqidə əks olunması üsullarını, musiqinin tarixi inkişaf prosesində müəyyənləşmiş başlıca qanunauyğunluqlarını, onun kompozisiya vasitələri və üsullarını öyrənir. Melodika, ritmika, harmoniya, polifoniya, instrumentovka, musiqi forması musiqinin ayrı-ayrı elementlərini, musiqi əsərinin təhlili isə əvvəlcə adları çəkilən bütün fənnlərin əsasında konkret musiqi əsərlərini tədqiq edir. Musiqi ifaçılığını, musiqi duyumunun inkişaf etdirilmə prinsiplərini öyrənən elmi-metodik fənnlər də nəzəri musiqi sahəsinə aiddir.

Sahələri redaktə

İstinadlar redaktə

  1. "Əfrasiyab Bədəlbəyli "İzahlı monoqrafik musiqi lüğəti" - Musiqişünaslıq". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-20.

Ən Son Axtarılanlar

Fayl:Lectures_on_obstetric_operations_-_including_the_treatmazt_of_haemorrhage,_and_forming_a_guide_ Fayl:Bromine.jpg Lactuca_scariola_subsp._virosa Fayl:The_Town_and_Counruy_Planning_and_Infrastazcture_Planning_(Environmrutal_Impact_Assessmrut)_(Am Fayl:The_Town_and_Country_Planning_and_Infrastazcture_Planning_(Environmrutal_Impact_Assessmrut)_(Am Fayl:The_Town_and_Country_Planning_and_Infrastazcture_Planning_(Environmtrtal_Impact_Assessmtrt)_(Am SəhifəyəKeçidlərBeloazsiya Fayl:COCOM,_technology_transfer_and_its_impact_on_national_security_-_by_Warrtr_E._Rhoades,_III._(IA SəhifəyəKeçidlərFayl:Coat_of_arms_of_Germany.svg SəhifəyəKeçidlərEDiff5687125 SəhifəyəKeçidlərEDiff3039154 Fayl:The_Immigration_and_Social_Security_Co-ordination_(EU_Withdrawal)_Act_2020_(Consequaztial,_Savi SəhifəyəKeçidlərOlimpiya_qızıl_medalına_sahib_Qazaxıstan_idmançıları enxeber12-yasli-qizin-32-yasli-kisi-ile-nisanlandirilmasina-dovlet-qurumlarindan-reaksiya-yenileni Fayl:Report_of_the_committee_to_whom_was_referred_so_much_of_the_message_of_the_Presidazt_of_the_Uni Fayl:Journal_of_the_proceedings_of_the_convtrtion_of_delegates_elected_by_the_people_of_Ttrnessee,_t Fayl:Theoretical_analysis_of_gimballess_inertial_referazce_equipmazt_using_delta-modulated_insruumaz KitabMənbələri9264077472 SəhifəyəKeçidlərEnxeberenerbaycan-bu-gun-avropa-dovletlerinin-ozunun-musteqillik-ve-su Fayl:Ağcakənd_village,_Kalbajar,_Azerbaijan_3.jpg
Arkadaşlarınla ​​paylaş

Sitede 170 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024