Nazim İbrahimov (mühəndis) Haqqinda Melumat - Vikipedia

Nazim İbrahimov (mühəndis) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nazim İbrahimov (mühəndis)

Azərbaycanlı mühəndis

İbrahimov Nazim Allahverdi oğlu — Azərbaycanın əməkdar mühəndisi.

Nazim İbrahimov
İbrahimov Nazim Allahverdi oğlu
Doğum tarixi
Doğum yeri Goranboy
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi şərabçılıq
Mükafatları "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı redaktə

1936-cı ildə Goranboy rayonunda anadan olmuşdur[1]. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş və 1959-cu ildə təyinatla Xanlar şərab zavodunda işləmişdir. Zavodda şərabçılıq işlərinə dərindən bələd olduqdan sonra onu Şampan sexinə rəis təyin edirlər. 1964-cü ildə qiyabi aspiranturaya daxil olmuş və 1968-ci ildə Şampan şərabları üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

Şampan şərabları üzrə tanınmış mütəxəssis Nazim İbrahimov 1971-ci ildə Bakı 1№-li şərab zavoduna direktor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə 1990-cı illərin əvvəllərinə qədər işləmişdir.

Nazim İbrahimov bu arada 32 elmi əsərin, o cümlədən 3 elmi ixtiranın və 3 elmi monoqrafiyanın müəllifi olmuşdur. O, Respublikanın əməkdar mühəndisi və xeyriyyəçilik sahəsində H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür.

Azərbaycan şərablarının texnologiyası monoqrafiyasında sırf şərabçılıq məsələləri, onun texnologiyası, şərabın kimyası, şərabçılıq avadanlıqları, şərabların xəstəliyi və onun müalicəsi, şərabçılıq tullantılarından istifadə etmək usulları ətraflı izah edilmişdir.

Nazim İbrahimov Azərbaycanda məskunlaşmış alman üzümçülərinin və şərabçılarının yerli əhaliyə yaxından köməklik göstərmələrini və bu sahənin sənaye təməlində inkişaf etdirmələri haqqında sanballı yazılar müəllifidir.

Kitabları redaktə

  • "Azərbaycan tarixinin alman səhifələri". Azərbaycan nəşriyyatı, Bakı, 1997.[2]

İstinadlar redaktə

  1. "TANINMIŞ ÜZÜMÇÜLƏR: İbrahimov Nazim". 2013-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  2. "Azərbaycan tarixinin alman səhifələri". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.

Ən Son Axtarılanlar

Fayl:Exruacts_from_rules_of_the_House_and_Sruate_relating_to_the_powers_and_duties_of_the_Committee_ SəhifəyəKeçidlərİ_Haçaparaq_nekropolu SəhifəyəKeçidlərİ_Sarıbulaq_nekropolu SəhifəyəKeçidlərSirin_Ã Sirin_ÃÃ Fayl:Falcon_9_Stages_(1).jpg SəhifəyəKeçidlərSirin_Æ Sirin_ÆÃ SəhifəyəKeçidlərSirin_Ə Fayl:Extract_from_the_sevruty-second_report_(IA_39002086345478.med.yale.edu).pdf SəhifəyəKeçidlərWindows_şəbəkəsi_ilə_əlaqəli_proqram_təminatı Fayl:Woollen_and_worsted_cloth_manufacture_-_being_a_practical_treatise_for_the_use_of_all_persons_e kinoizlelenet-the-conjuring-2013-hdrip-16178-tr-dublaj-izle.html SəhifəyəKeçidlərİİ_Şahtaxtı_nekropolu SəhifəyəKeçidlərİİ_Şahtaxtı_nekropolu SəhifəyəKeçidlərSarıdərə_yaÅ Sarıdərə_yaşayÄÂ SəhifəyəKeçidlərSarıdərə_yaşayış_yeri SəhifəyəKeçidlərSarıdərə_yaşayış_yeri
Arkadaşlarınla ​​paylaş

Sitede 83 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024