Rauf Vəliyev Haqqinda Melumat - Vikipedia

Rauf Vəliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rauf Vəliyev

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev (Az.Vəliyev Rauf Göyüş oğlu) — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev
Vəzifədədir
22 oktyabr 2013-cü ildən
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2011

Həyatı redaktə

Vəliyev Rauf Göyüş oğlu 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləmişdir. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi,[1] 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.[2][3][4]

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları redaktə

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.[5][6]

Ailəsi redaktə

Ailəlidir, iki övladı var.

İstinadlar redaktə

  1. "Aydın Bəşirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb". Modern.az.
  2. "R.G.Vəliyevin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az.
  3. "Rauf Göyüş oğlu Vəliyev - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri". www.asco.az.
  4. "Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əmlakı yeni quruma verilib. Rauf Vəliyev sədr təyin edilib. Aydın Bəşirov təyinat almayıb". www.amerikaninsesi.org.
  5. "Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilsin: Vəliyev Rauf Göyüş oğlu". President.az.
  6. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar Mühəndis" fəxri adı verilməsi haqqında". E-qanun.az.

Sitede 65 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024