Çöl qartalı Haqqinda Melumat - Vikipedia

Çöl qartalı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Çöl qartalı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Çöl qartalı
Beynəlxalq elmi adı

Status redaktə

Azərbaycanda sayı azalan nadir, köçəri növdür.

Yayılması redaktə

Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır.

Yaşayış yeri redaktə

Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır.

Təbiətdə sayı redaktə

Dəqiq məlumat yoxdur. Adətən 250 – 300 km məsafədə 2 - 3 çöl qartalına təsadüf olunur.

Çoxalması redaktə

Azərbaycanda yuvalamır.

Rəqibi, düşməni, xəstəliyi redaktə

Məlum deyil.

Sayının dəyişilmə səbəbləri redaktə

Uzun müddət insan tərəfindən təqib edilməsi, xam torpaqların əkin sahələrinə çevrilməsi, gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunun tətbiq edilməsi çöl qartalının sayını azaldır.

Qorunması üçün zəruri tədbirlər redaktə

Növün qorunmasını daha geniş təbliğ etmək, köçmə zamanı gəmiricilərə qarşı kimyəvi mübarizəni məhdudlaşdırmaq lazımdır.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 295 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024