Çörək muzeyi (Ulm) Haqqinda Melumat - Vikipedia

Çörək muzeyi (Ulm) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çörək muzeyi (Ulm)

Çörək muzeyi (alm. Deutsches Brotmuseum Ulm‎) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.

Çörək muzeyi
alm. Deutsches Brotmuseum Ulm
Loqonun şəkli
Ulm Çörək muzeyi
Ulm Çörək muzeyi
Xəritə
Əsası qoyulub 1955
Açılış tarixi 1955
Mövzu çörək
Ölkə
Yerləşir Almaniya Almaniya, Ulm
48°24′04″ şm. e. 9°59′24″ ş. u.
museum-brotkultur.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Almaniyada, Dunay çayının sahilində yerləşən Ulm şəhərindəki Çörək muzeyi 1955-ci ildən fəaliyyət göstərir.[1] Dünyada ikinci, bəzi mənbələrdə isə birinci yarandığı göstərilir.[1] Muzeyin adının birinci sırada çəkilməsini onun çörək muzeyləri arasında ilk rəsmi dövlət statusu alması ilə əlaqələndirirlər.[1] Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist Villi Ayzelenə məxsusdur.[1]

Fəaliyyəti redaktə

 
1900-cü illərə aid çörək sexinin maketi

Hazırda muzey şəxsi olmasına baxmayaraq, qeyri-kommersiya xarakteri daşıyır.[1] Muzeyə giriş pulludur.[1] Əldə olunan gəlirlə maarifləndirmə işi aparılır.[1] Əlavə olaraq kitablar, bukletlər nəşr edilir, eksponatların mühafizəsi həyata keçirilir.[1]

Daxili interyeri redaktə

İki nümayiş zalından ibarət olan muzeydə, həm də çörək-bulka məmulatlarının bişirilmə texnologiyasna həsr olunmuş zəngin kitabxana da fəaliyyətdədir.[1]

Eksponatları redaktə

Hazırda muzeydə 18500 eksponat, çörək və çörək məmulatlarının hazırlanma texnogiyaları, çörəkbişirmə ilə bağlı tarixi sənədlər və qədim eksponatlar nümayiş olunur.[1]

Maraqlı fakt redaktə

Azərbaycandakı Ağdam Çörək muzeyinin yaradılması fikri 1983-cü ildə Ulm Çörək muzeyi haqqında "İzvestiya" qəzetində dərc olunmuş maraqlı məqalədən sonra meydana çıxmışdır.[3]

Ədəbiyyat redaktə

  • Hermann Eiselen (Hrsg.): Dem Brot zuliebe: 50 Jahre Museum der Brotkultur. Ulm: Vater und Sohn Eiselen-Stiftung, 2005. ISBN 3-00-016638-6.  (alm.)
  • Hermann Eiselen (Hrsg.): Brotkultur. Köln: DuMont Verlag, 1995. ISBN 3–7701-34001.  (alm.)
  • Hermann Eiselen: Die Neuzeit der Bäckerei. Ein Streifzug durch ihre Geschichte von 1860–2005. Bochum: BackMedia Verlagsgesellschaft, 2006. ISBN 3-9808146-2-9.  (alm.)
  • Heinrich Eduard Jacob: Six Thousand Years of Bread. Its Holy and Unholy History. Garden City / New York: Doubleday, Doran and Company, 1944. New York: Lyons & Burford, 1997; Foreword: Lynn Alley. ISBN 1-55821-575-1 / New York: Skyhorse Publishing, 2007; Foreword: Peter Reinhart. ISBN 1-60239-124-6.  (alm.)
  • Heinrich Eduard Jacob: Sechstausend Jahre Brot. Hamburg: Rowohlt Verlag, 1954 (2. Aufl. 1956).  (alm.)

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 Vüqar Tofiqli. Bərəkətli Çörək muzeyləri Arxivləşdirilib 2020-01-27 at the Wayback Machine. "525-ci qəzet", 2 mart 2011, səh. 6. (az.)
  2. Museum der Brotkultur, Ulm: Was sind Brotstempel? Arxivləşdirilib 2016-05-28 at the Wayback Machine (PDF, 206 kB; abgerufen am 26. Oktober 2013)  (alm.)
  3. Sultan Laçın. "O vaxt mənə zarafatla "Qarabağın mədəniyyət naziri" deyirdilər…" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine hafta.az, 13.09.2013 (az.)

Xarici keçidlər redaktə


Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024