Çəhəl Sütun Sarayı (Qəzvin) Haqqinda Melumat - Vikipedia

Çəhəl Sütun Sarayı (Qəzvin) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çəhəl Sütun Sarayı (Qəzvin)

Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə Qəzvində inşa olunan saray. Saray gözəl xəttatlıq nümunələri ilə bəzədildiyi üçün hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir.[3].

Çəhəl Sütun Sarayı
Xəritə
36°16′07″ şm. e. 50°00′14″ ş. u.
Ölkə
Şəhər Qəzvin
Yerləşir Qəzvin şəhristanı[1][2]
Aidiyyatı Səfəvilər imperiyası
Sifarişçi I Təhmasib
Tikilmə tarixi XVI
Üslubu Azərbaycan
Material kərpic[2], ağac[2]
Vəziyyəti Kalliqrafiya muzeyi kimi fəaliyyət göstərir
Çəhəl Sütun Sarayı (İran)
Çəhəl Sütun Sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Saray şəhərin mərkəzində Azadi meydanı ilə üzbəüz yerləşir.[4] Bu saray paytaxtı Qəzvinə köçürən ikinci səfəvi şahı Təhmasibin dövründə tikilib. Sarayın vaxtilə şiş uclu damı olduğuna görə papağa bənzəyirdi və bu saray insanlar arasında "firəng papağı" kimi də tanınır. Saray arkada ilə əhatələnib. Arkadaya hər tərəfdən portallar vasitəsilə daxil olmaq olar. Yuxarı mərtəbə qalereya ilə əhatələnib və dama 32 sidr ağacından düzəlmiş sütunlardan dayaq verilib. Deyilənə görə Təhmasib şah rəssamlıq və xəttatlıqla məşğul olurdu. O, bir çox əsərlər, o cümlədən Qəzvində Çəhəl Sütun sarayının eyvanında məişət səhnələrini təsvir edən şəkillər çəkmişdi.[5] 1588-ci ildə Şah Abbasın tacqoyma mərasimi də bu sarayda baş tutub. Sonradan Qacarların hakimiyyəti dövründə saray yenidən təmir olunub. Hazırda sarayda Xəttatlıq muzeyi fəaliyyət göstərir.

Şəkillər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Wiki Loves Monuments monuments database. 2017.
  2. 2,0 2,1 2,2 2,3 2,4 https://iranarchpedia.ir/entry/13712.
  3. Peter Kerber. İran. Berlin: TRESCHER; Auflage. 2017. səh. 184. ISBN 978-3897943964.
  4. "Chehel Sutun (Qazvin)" (ing. ). 27 fevral 2019 tarixində arxivləşdirilib.
  5. "Azərbaycan miniatür sənəti və onun məktəbləri". 2019-02-27 tarixində orijinalından arxivləşdirilib.

Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023