Çənnəb Haqqinda Melumat - Vikipedia

Çənnəb Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çənnəb

Ordubad rayonunda kənd

Çənnəb (əvvəlki adı: Çənənəb) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənənəb kənd inzibati ərazi dairəsi tərkibindəki Çənənəb kəndi Çənnəb kəndi, Çənənəb kənd inzibati ərazi dairəsi Çənnəb kənd inzibati ərazi dairəsi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]

Çənnəb
39°01′03″ şm. e. 45°54′12″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 538 nəf. (2009)
Xəritəni göstər/gizlə
Çənnəb xəritədə
Çənnəb
Çənnəb

Tarixi redaktə

Çənənəb Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağ ətəyindədir. Çənənab variantında da qeydə alınmışdır. 2003-cu ildən Çənnəb kimi rəsmiləşdirilmişdir. Türk dillərində çən "çəngəlin ağzı, haçalanmış bir Şey" mənasında işlənir. Yaşayış məntəqəsi də Arazın qollarından birinin ikiyə bolunduyu, haçalandığı yerdə yerləşir. Oykonim "suyun haçalandığı yer, suayrıcı" mənasındadır.[3].

Mədəniyyəti redaktə

Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var[4].

Tarixi abidələri redaktə

Coğrafiyası və iqlimi redaktə

Rayonun mərkəzindən 32 km şimal-qərbdə, dağ ətəyindədir.

Əhalisi redaktə

Əhalisi 538 nəfərdir.[5]

İqtisadiyyatı redaktə

Əhalisi bağçılıq, heyvandarlıq, əkinçilikarıçılıqla məşğuldur.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
  4. "Çənnəb kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
  5.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024