Çanaq (anatomiya) Haqqinda Melumat - Vikipedia

Çanaq (anatomiya) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çanaq (anatomiya)

Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur.

Çanaq
Kişi çanağı
Kişi çanağı
Qadın çanağı
Qadın çanağı
Latınca Pelvis
Qrey subyekt 58 238
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çanaq boşluğu redaktə

Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14-16 yaşadək adətən üç ayrı: qalça, oturaqqasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz - qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsi ilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür:

  • yuxarı, geniş hissə - böyük çanaq (lat. pelvis major);
  • aşağı dar hissə - kiçik çanaq (lat. pelvis minor).

Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat. symphisis pubica) yuxarı kənarından keçir.

Böyük çanaq redaktə

Böyük çanaq boşluğu qarın boşluğunun aşağı şöbəsini təşkil edir. Burada aşağı qarın boşluğu orqanları yerləşir.

Kiçik çanaq redaktə

Kiçik çanaqda isə sidiklik, düz bağırsaq, qadınlarda uşaqlıq, uşaqlıq borusu, yumurtalıq artımları, yumurtalıq, uşaqlıq yolu, kişilərdə prostattoxum kisəsi yerləşir.

Cinsi xüsusiyyəti redaktə

Həddi büluğa çatmış insanlarda çanaq qurşağı cinsə müvafiq formalaşmış olur. Belə ki, qadınlarda çanaq qurşağı və onun boşluğu kişilərlə müqayisədə daha geniş olur. Bu da hamiləlik və doğuş kimi fizioloji proseslərlə əlaqəlidir. Çanaq qurşağının forma və ölçüləri doğuş prosessi üçün çox vacib şərtlərdən sayılır. Çanaq qurşağının ölçülərini qadınlarda təyin etmək üçün xüsusi Martina çanaqölçənindən, eləcə də uşaqlıq yolundan bimanual müayinə üsulundan istifadə olunur.

Çanaq qurşağı əzələləri redaktə

Çanağın adsız sümüklərinə ön və arxadan qarın, həmçinin bel və fəqərə əzələləri bağlanır, bundan başqa bir neçə aşağı ətraf əzələləri ondan başlanğıc götürürlər. Çanaq qurşağı əzələləri daxili və xarici olmaqla iki qrupa bölünür:

Həmçinin bax redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023