Çannel Adaları Milli Parkı Haqqinda Melumat - Vikipedia

Çannel Adaları Milli Parkı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çannel Adaları Milli Parkı

Çannel Adaları Milli Parkı (ing. Channel Islands National Park) — ABŞ-nin Kaliforniya ştatının cənub sahillərində yerləşən 8 Çannel adasının 5-ni əhatə edən milli park. Milli parkın sahəsi 1 009,94 km²-dır və ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur.

Çannel Adaları Milli Parkı
ing. Channel Islands National Park
Çannel Adaları Milli Parkı
Çannel Adaları Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 100.994 ha
Yaradılma tarixi 5 mart 1980
Ziyarətçi sayı
  • 323.245 nəf. (2022)[1]
İdarəetmə orqanı ABŞ Milli Park Xidməti
Yerləşməsi
33°58′15″ şm. e. 119°53′38″ ş. u.
Ölkə  ABŞ
Əyalət Kaliforniya
Rayon Ventura, Santa Barbara
Yaxın şəhər Santa Barbara
nps.gov/chis/index.htm
Çannel Adaları Milli Parkı xəritədə
Çannel Adaları Milli Parkı
Çannel Adaları Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Çannel adaları Kaliforniyanın Sakit okean sahillərində yerləşən 8 adasıdır. Bu adalar yaşayış məskənlərinə yaxın olsalar da dəniz yolunun çətin olması və kimsəsiz olmaları səbəbi ilə inkişaf göstərməmişdirlər. 26 aprel 1938-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin bir qərarnaməsi ilə bu adalar "milli abidə" elan edilmiş və bu adalardakı təbii qoruma federal dairə-büro Milli Park Xidmətinə verilmişdir. Amma bu qoruma ancaq 8 adadan 5-nə tədbiq edilmişdir. Həmçinin o zaman 100,994 hektar sahəsi olan Çannel Adaları Milli Abidəsinin ərazisinin ancaq 31,978 hektarı federal dövlət sahibliyi altında olmuşdur. Bu adalar arasında ən böyüyü olan Santa Kruz adasının 76 %-i Təbiət Qorunağı quruluşu sahibliyi altında olub bu quruluş tərəfindən idarə olunmaqdadır. Bu milli abidə 1976-cı ildə Milli Biokürə Qoruğu elan edilmişdir. Milli abidə 5 mart 1980-ci ilsə ABŞ Konqresinin qərarı və ABŞ prezidentinin təsdiqi ildə Çannel Adaları Milli Parkına çevrilmişdir.

Coğrafiya redaktə

Bu milli parkın əhatə etdiyi adalarda Santa Barbara şəhəri yaxınlığındakı Konsepşın Point burnundan Los-Anceles şəhərinin bir hissəsi olan San Pedroya qədər yerləşən adalardır. Çannel Adaları Milli Parkının idarə mərkəzi və Robert Lagomarşino Ziyarətçi Mərkəzi Venturadadır. Milli park 5 adadan ibarətdir:

  1. San Migell (38 km²)
  2. Santa Roza (214 km²)
  3. Anakapa (2,8 km²)
  4. Santa Barbara (2,6 km²)
  5. Santa Kruz (245 km²)

Qalereya redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023