Çay (içki) Haqqinda Melumat - Vikipedia

Çay (içki) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çay – Çay bitkisinin dəmlənməsi ilə əldə olunan isti içki. Çay bitkisi, bugünkü Cənub-Qərbi Çin, Tibet, Şimali Myanma və Hindistanın şimal-şərqini əhatə edən bölgədə meydana gəldi və burada müxtəlif etnik qruplar tərəfindən dərman içkisi olaraq istifadə edilməyə başlanıldı[1].

Fincanda çay
Çay kolunun budağı

Çayın tarixi redaktə

Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-də istehsalıdır.

Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.[2]

Miflər və rəvayətlər redaktə

Çin mədəniyyətinə görə, çay (mədəniyyət qəhrəmanı, əkinçilik və tibbin himayəçisi, bütün sənətkarlıq və incəsənət sahələrini yaradan, Üç Böyükdən biri) Şen-nun tərəfindən kəşf edilmişdir. Rəvayətə görə, İmperator Şen-nun, dərman bitkiləri tapmaq üçün içərisində su qaynatdığı üçayaqlı qazanıyla birlikdə səyahət edirmiş. Miladdan əvvəl 2737-ci ildə çay ağacının bir neçə yarpağı qaynar su qabına düşür. Dəm həm dadlı olur və həm də gümrahlıq gətirir. O vaxtdan bəri Şen-nun başqa heç bir içki içməyir.

Sonralar yaranan başqa bir mifə görə, çayı məşhur Buddist vaiz, Çan-buddizmin banisi Bodhidharma icad etmişdir. Rəvayətə görə, eramızın 519-cu ilində Bodhidharma meditasiya edərkən yuxuya gedir. Ayılanda, qəzəblənərək kirpiklərini yolub (və ya göz qapaqlarını kəsir) yerə atır. Səhəri gün həmin yerdə çay ağacı pöhrələri böyüyür. Bodhidharma, yarpaqlardan dəmlənən çayın yuxunu qovduğunu aşkar edir.

Çində çay redaktə

Çayı ilk dəfə məhz Çində əvvəl dərman vasitəsi kimi, sonra içki kimi istifadə edilmişdir.

Hələ Xan sülaləsi dövründə çay dərman kimi istifadə olunurdu. Eramızın V əsrində çay əvvəlcə imperator sarayında və monastırlarda, daha sonra qonaqevlərində və şəxsi evlərdə içki kimi istifadə olunmağa başlandı. Tan sülaləsi dövründə (VII–IX əsrlər) çayı türk xalqlarına satmağa başladılar. Birinci minilliyin ikinci yarısına qədər çay içmək qaydaları müəyyənləşdirildi, Çinlilər çayı dəmləməkdən və çaya duz qatmaqdan imtina etdilər. 778-ci ildə Lu Yuy "Çay Kanonu"-nu yazdı. O dövrdə çay, adətən briket şəklində hazırlanırdı, dəmlənməzdən əvvəl həvəngdəstə xırdalanırdı. Sun imperiyası dövründə yarpaq çayı və toz şəklində (bir az su ilə çırpılırdı) çaydan istifadə edilirdi və çay içmək isə, ən pik həddi Sun çay mərsaimi olan zərif bir əyləncəyə çevrildi. Yaponlar məhz bu üsulla çay hazırlamağı mənimsəmiş və daha sonralar öz çay mərasimlərinə daxil etmişlər.

XIII əsrdə Çində çay mədəniyyətinin yox olması, Monqol istilası ilə əlaqələndirilir. Monqol istilası, nəticəsində bir çox mədəni nailiyyətlər unudulmuşdur. Yalnız Min sülaləsi dövründə çay mədəniyyəti dirçəlmişdir, ancaq fərqli bir əsasda: Çinlilər tamamilə yarpaq çaya keçdilər. Bu əsasən isti suda dəmlədikləri yaşıl çay idi. Avropalılar həmçinində Ruslar ilk dəfə məhz bu çayla və onun hazırlanma üsulu ilə tanış oldular. Çay və çay mədəniyyətinin tanınmış bilicisi, Çinin güclü mancur imperatoru Hongli (1736–1795) idi.

XVIIIXIX əsrlərdə baş verən siyasi təlatümlər, tiryək müharibələri, daha sonra XX əsrin birinci yarısındakı müharibələr və inqilablar ümumilikdə Çin mədəniyyətinə və xüsusən çay üçün ciddi bir zərbə oldu. Bütün bu hadisələr XIX əsrin birinci yarısına qədər dünya bazarına çıxarılan çayın demək olar ki hamısını istehsal edən Çinin öz mövqeyini tamamilə itirməsinə və bəzi dövrlərdə ümumiyyətlə çay ixrac etməməsinə səbəb oldu. 1949-cu ildən sonra sosialistlərin on illik hakimiyyəti ərzində vəziyyət yaxşılaşmağa başladı, lakin Mədəni inqilab çay ənənələrini lazımsız və artıq elan etdi. Nəticədə, Çinin ənənəvi çay mədəniyyəti demək olar ki məhv oldu, nisbətən digər dövlətlərin Çin diasporalarında və Tayvanda qorunub saxlanıldı. 1970-ci illərin ortalarından etibarən Çin və Tayvanda çay ənənələri yenidən canlanır, odur ki, Çinin müasir çay mədəniyyətinin yaşı 40 ildən çox deyil və tamamilə oturuşmuş hesab edilə bilməz. Məsələn, demək olar ki, hər çay klubunda Çin çay mərasi fərqli qaydada tətbiq olunur.

Hal-hazırda Çində çox sayda sadə və ətirli çay növüləri istehlak və istehsal olunur. Çinin çay ixracatındakı payı yenidən artır. 1980-ci illərdə bir neçə faizdən dünya çay istehsalının dörddə birinə və ya daha çoxuna yüksəlib.

Çay (chai) və ti (tea) sözlərinin mənşəyi və yayılma etimologiyası redaktə

Dünyanın müxtəlif dillərində çayı təmsil edən sözlərin əsasən iki fərqli tələffüzü var: çay (chai) və ti (tea). XVI əsrin müstəmləkəçilik tarixinin əvvəlində Avropaya ilk dəfə məhz Portuqaliya çay və çay içmə vərdişini gətirmişdir. O vaxt Portuqallar Çjunvan bölgəsi və Quandun əyaləti ilə ticarət edirdilər. Çay orada cha kimi tələffüz olunurdu, bu səbəbdən "çay" (chai) tələffüzü Portuqaliyalılar tərəfindən qəbul edilir və Cənubi Amerikadakı bir çox ölkə kimi digər müstəmləkələrə gətirilir. Bundan əlavə, bu təyinat ərəb ölkələri və Rusiyaya da quruyolla ticarətin inkişafı ilə daxil olmuşdur.

On altıncı əsrin sonlarında Tzin sülaləsi dövründə Çin (və Yaponiya) dəniz embarqo siyasəti tətbiq edir. Xarici ticarətə nəzarət çox sərt idi. O dövrdə Tayvan hələ Çjen Çen tərəfindən işğal edilməmişdi, İspanHollandiyalı müstəmləkəçilər adada yerləşdirilmişdi. Fucyen (Fujian) əyaləti Tayvana yaxın olduğundan və Fucyen özü əkinçilik üçün uyğun olmadığından əhali qaçaq çay ticarəti ilə məşğul olurdu. Çay Amoy ləhcəsində "te" kimi tələffüz edildiyi üçün Holland və İspan müstəmləkəçiləri bu tələffüzü qəbul etdilər. 16-cı və 17-ci əsrin əvvəllərində Hollandiyalılar CənubiCənub-Şərqi Asiyada ticarətdə üstünlük təşkil etdikləri üçün "te" sözü İspaniya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və digər ölkələrə və onların müstəmləkələrinə yayılır[3][4].

Yetişdirilməsi və yığımı redaktə

Çay hazırlamaq üçün xammal kimi, xüsusi əkin sahələrində çox miqdarda yetişdirilən çay kolunun yarpaqlarından istifadə edirlər. Bu bitkinin böyüməsi üçün, kifayət qədər rütubətli isti bir iqlim tələb olunur. Çay sahələrinin əksəriyyəti tropik və ya subtropik iqlimi olan ərazilərdəki dağ yamaclarında yerləşir. Çayın ən çox istehsal olunduğu Çin, HindistanAfrikada ildə dörd dəfəyə qədər çay yığımı həyata keçirilir. Ən çox ilk iki məhsulun çayları bəyənilir. Çay becərilməsinin iqtisadi cəhətdən əsaslandırıldığı ərazinin şimal sərhədi təqribən Azərbaycan, Gürcüstan və ya Rusiyanın Krasnodar ərazisinin enliyində uzanır. Çay kolu daha yüksək enliklərdə də böyüyə bilər, ancaq çay hazırlanması üçün onu becərmək faydasızdır.

Çay yarpaqları əl ilə toplanır və çeşidlənir. Əla növ çaylar üçün ya açmamış, ya təzə açan tumurcuqlar ya da ən gənc yarpaqlar istifadə olunur, daha "qaba" çaylar yetişmiş yarpaqlardan hazırlanır. Yığıcıların işi olduqca ağır və monotondur: hazır qara çay və xam yarpağın kütlə nisbəti təxminən 1/4 qədərdir, yəni 1 kiloqram çay almaq üçün 4 kiloqram yarpaq yığmaq lazımdır. Yığıcılar üçün, keyfiyyət standartlarına riayət etmək və kollardan yalnız lazımi yarpaqları götürmək şərtilə, gündə 30–35 kq yarpaq istehsal normasıdır. Yüksək keyfiyyətli çay üçün xammal əsasən kiçik sahələrdə becərilir (təxminən 0,5 hektar). Bu kiçik sahələr dağ yamaclarında səpələnmiş şəkildə yerləşdiyindən, yarpağın yığılması üçün bir əkin sahəsindən digərinə getmək lazım gəlir[5]. Müasir sənaye əkinləri ümumiyyətlə məhsul yığımının davamlılığını təmin etmək və məhsuldarlığı artırmaq üçün kifayət qədər böyükdür, bu əkin sahələrində yığılmış yarpaqlar çayın kütləvi istehsalı üçün istifadə olunur.

Əl ilə yığılması çayın becərilmə imkanlarını məhdudlaşdırır. Çayın becərilməsi yalnız kifayət qədər yüksək məhsuldarlığa malik və yığıcıların əl əməyinin kifayət qədər ucuz olduğu bölgələrdə məntiqlidir. Çay yarpaqlarının toplanmasını və çeşidlənməsini mexanikləşdirilməsi üçün bir neçə dəfə cəhdlər edilmişdir. Xüsusən, SSRİ-də, hələ 1958-ci ildə mexanikləşdirilmiş çay yığan kombayn yaradıldı, lakin mexanikləşdirilmiş yığma texnologiyası bu günəcən işlənib tamamlanmayıb. Kombaynlar tərəfindən toplanan yarpaqlar (əsasən qurumuş yarpaqlar, zibil, budaq qırıntıları düşməsi səbəbindən) çox aşağı keyfiyyətə malikdir. Odur ki, bu cür çay ya ən aşağı keyfiyyətli çay istehsalı üçün, ya da əczaçılıq sənayesində (kofein və çayda olan digər maddələrin təcrid edilməsi məqsədilə sonrakı emal üçün) istifadə olunur[5].

Adi ev şəraitində də çay yetişdirmək mümkündür[6].

Təsnifatı redaktə

Çay bitkisinin növünə görə redaktə

Mənşəyinə görə redaktə

Çin redaktə

Çin dünya çay istehsalının dörddə birindən çoxuna sahibdir, yaşıl və qara çaylar istehsal edir, eyni zamanda ağ və sarı çayların, ulun və Puer çaylarının istehsal olunduğu yeganə ölkədir. Bütün Çin çayı Çin çay kolu çeşidindən əldə edilir. Çin çaylarının əhəmiyyətli bir hissəsi bütövyarpaqdır. Çay yarpağını qatlamaq üçün ona müxtəlif forma və ölçü ("iynələr", "ləçəklər", "yumaqlar") verən bir çox texnologiyalar var. Bəzi elit növlər üçün yarpaqlar böyük top şəklində yığılır və çay dəmlənərkən qönçə formasında açılır. Adi ucuz Çin çayları isə qırıla və ya doğrana bilər. Bir çox ətirli çay növləri istehsal olunur. Aromatizasiya bitki hissələrinin, giləmeyvələrin, meyvələrin, sitrus qabığının birbaşa çaya əlavə edilməsi ilə, ətirli yağlar əlavə edilərək, quru çayın ətirli maddənin yanında saxlanması ilə, hətta bəzi məlumatlara görə böyümə prosesi zamanı çay kollarına ətirli maddələrin çiləməsi ilə aparılır.

Hindistan redaktə

Hindistan dünyanın ikinci ən böyük çay istehsalçısıdır. Hindistanda çay istehsalı ixrac yönümlüdür, istehsal həcmi öz istehlakını xeyli üstələyir. İstehsal olunan çayın əsas hissəsi — Assam çay bitkisindən əldə edilən qara çaydır. Hindistan çayı daha güclü, daha aydın dadı, Çinin qara çayından daha zəif ətiri ilə xarakterizə olunur. Hindistan çaylarının çoxu doğranmış və ya dənəvər şəklində buraxılır. Dadı göstəricilərinin sabitliyinə nail olmaq üçün çay qarışığından geniş istifadə olunur — ticarət məqsədli çay 10–20 çay növünün qarışığıdır. Hind çayının elit növü olan — Darcilinq, Himalay dağlarının ətəklərində yüksək dağlıq əkinlərdə böyüyən bir çay bitkisinin Çin çeşidindən istehsal olunur. Becərilmə, yığılma və hazırlanma üsullarına görə o əslində Çin çayıdır. Yaşıl çay Şimali Hindistanda, Rançi, Kanqra, Dehradun, Kumaon, Qarhval bölgələrində istehsal olunur; dünya bazarında az tələb olunur və əsasən qonşu dövlətlərə ixrac edilir.

Seylon redaktə

İstehsalçı — Şri Lankadır, dünya istehsal həcmindəki payı təxminən 9–10% -dir. Qara və yaşıl çay istehsal olunur, çay bitkisinin yalnız Assam çeşidi becərilir. Ən keyfiyyətli çay adanın cənub hissəsindəki yüksək dağ əkinlərinin (dəniz səviyyəsindən 2000 m yüksəklikdə və daha yüksək) çayı hesab olunur. Digər əkin yerlərinin çayları orta keyfiyyətlidir. Hindistanda olduğu kimi kəsilmiş və dənəvər çaylar geniş istehsal olunur.

Yapon redaktə

Yaponiya yalnız çay kolunun Çin çeşidindən yığılan yaşıl çay istehsal edir. İstehsal edilən çayın böyük bir hissəsi ölkə daxilində istehlak olunur. Bir neçə tanınmış növ Avropa və ABŞ-yə da ixrac olunur.

Hind-Çin redaktə

Əsas istehsalçılar Vyetnam və İndoneziyadır; çay bitkisinin bütün növlərindən yığılmış həm qara, həm də yaşıl çay istehsal olunur (müxtəlif bölgələrdə Çin, Assam və Kamboca sortları becərilir). Bu bölgənin digər ölkələrində istehsal həcmi daha kiçikdir. Çində olduğu kimi qara çay da əsasən ixrac üçün istehsal olunur.

Afrika redaktə

Ən böyük istehsal həcmi Keniyadadır (müxtəlif illərdə dünyada üçüncü, dördüncü çay istehsalçısı olmuşdur). Çay eyni zamanda Uqanda, Burundi, Kamerun, Malavi, Mavritaniya, Mozambik, Ruanda, Cənubi Afrika, Zair, Zimbabvedə də istehsal olunur. Bütün Afrika çay istehsalçıları, 19-cu əsrdə çay istehsalının təşkil olunduğu keçmiş İngilis müstəmləkələridir. Afrika çayları yalnız qara, doğranmış və ya dənəvər, orta və aşağı keyfiyyətli, yaxşı ekstraktlılığı və kəskin dadı ilə seçilir. Avropalı istehlakçı onlarla əsasən, Hindistan və ya Seylon çayı ilə qarışdırılmış qarışıq çayların tərkibində qarşılaşır. Ən yaxşı Assam və Seylon sortlarından geri qalmayan Keniya çayının yüksək dağlıq növləri keyfiyyətinə görə seçilir[7].

Türkiyə redaktə

Türkiyədə yalnız qara çay istehsal edilir. Bu çay doğranmış, əsasən orta və ya aşağı keyfiyyətli, zəif ekstraktlıdır, hazırlanması üçün suda saxlanılması və ya dəmlənmək əvəzinə qaynadılması tələb olunur. Rusiyada, əsasən, 1980-ci illərin sonunda bu çayın qısa müddət ərzində kütləvi alışı ilə tanınıb. Hal-hazırda Rusiya bazarında saf şəkildə tapılmır.

İran redaktə

1900-cü ildə Hindistandakı Fars səfirliyində xidmət edən Kaşifus-Səltənə, İrana çay kollarını və çay yarpaqlarının emalı sirləri gətirdi. Hazırda çay sahələri ölkənin şimal hissəsində, MazandaranGilan vilayətlərində yerləşir və 32 min hektar ərazini tutur. Əsasən qara çay istehsal olunur. İldə üç dəfə məhsul götürülür.

Digərləri redaktə

Qeyd olunanlardan əlavə, çay onlarca ölkələrdə, bir qayda olaraq, az miqdarda və yalnız daxili istehlak üçün istehsal olunur. Bu çayların çeşidi və keyfiyyəti çox fərqlənə bilər; onlar Rusiya bazarında praktik olaraq təmsil olunmurlar. Rusiya Federasiyasının Krasnodar Bölgəsində istehsal olunan Krasnodar çayı da eyni kateqoriyaya aid edilə bilər. Hal-hazırda bu, birbaşa Rusiyada yetişdirilən yeganə çay növüdür.

Oksidləşmə üsuluna və müddətinə görə redaktə

Çayın xarici görünüşü, ətri, dəmin dadı və digər xüsusiyyətləri əsasən, son qurudulmadan əvvəl çay yarpaqlarının fermentativ oksidləşməsinin nə qədər vaxta və hansı rejimdə aparılması ilə müəyyən edilir. Çayların oksidləşmə dərəcəsinə görə təsnifatı birmənalı deyil. Çünki, Çin terminologiyası Avropa və Amerikada tətbiq ediləndən bir qədər fərqlidir.

Oksidləşmə dərəcəsindən asılı olaraq çayın iki "qütb" kateqoriyası var:

Yaşıl çay (ing. green, çin. lyuy ça)- oksidləşməmiş və ya az oksidləşmişdir (bütün təsnifatlarda "yaşıl" adlanır). Yarpaqlar əvvəlcədən 170–180 °C temperaturlu buxarla şəkilləndirilə bilər. Ya ümumiyyətlə oksidləşmə edilmir, ya da iki gündən artıq edilmir, bundan sonra qızdırılaraq (ya Çində olduğu kimi qablarda, ya da Yaponiyada olduğu kimi buxarda) oksidləşmə zorla dayandırılır. Çay 3–12% oksidləşmiş olur. Quru halda yaşıl rəngdə olur (istehsal xüsusiyyətlərindən asılı olaraq açıq yaşıldan, tünd yaşıl rəngə qədər). Dəm solğun sarımtıl və ya yaşıl rənglidir, ətrində "bitki" çaları (quru ot iyinə oxşaya bilər) açıq şəkildə hiss olunur, dadı tünd və azca şirintəhədir. Lakin acı deyil — yalnız keyfiyyətsiz və ya düzgün dəmlənməmiş, xüsusən də dəmdə çox qalmış yaşıl çaylar acı olur.

  • Nümunə: Bi Lo Çun (eng. Bi Luo Chun, Chinese: 碧螺春), Lonqjinq çayı (ing. Longjing tea, Chinese: 龙井茶)

Qara çay (ing. black, çin hun ça) güclü oksidləşib. (Avropada, Amerika, Hindistan və Şri-Lankada "qara" adlandırılır. Çində və Cənub-Şərqi Asiyanın digər ölkələrində bu çaya "qırmızı" deyilir.) Yarpaqlar uzun müddət — iki həftədən bir aya qədər oksidləşməyə məruz qalır. Çayın, digər texnoloji əməliyyatlar zamanı oksidləşdiyi qısaldılmış proseslər də var. Ancaq proses üzərində nəzarətin çətinliyi səbəbindən daha aşağı keyfiyyətli məhsul alınır. Yarpaq demək olar ki, tamamilə oksidləşir (80%). Quru halda tünd qəhvəyi və ya demək olar ki, qara rəngdə olur. Dəm narıncıdan tünd qırmızıya qədər rəng alır. Çayın ətrində çiçək və ya bal çalarları hiss oluna bilər, tünd və xarakterik dadı var, acı deyil.

  • Qara çay nümunələri: Kimun (ing: Keemun, simp. chinese: 祁门红茶), qara/qırmızı Yunnan, Assam, Darcilinq, Tyen xun (Chinese: 滇紅茶) , Erl Qrey.

Digər çaylar oksidləşmə dərəcəsinə görə qara ilə yaşıl çay arasında yer tutur və ya hər hansı texnoloji hazırlanma xüsusiyyətləri ilə seçilir. Aşağıda adları sadalanan çay növlərinin hamısı əsasən Çin və ya Tayvanda istehsal olunur.

Çayın tərkibi və xüsusiyyətləri redaktə

 
Armudu stəkanda çay

V. V. Poxlebkinin fikrinə görə, çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın dad keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. İstifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır.

Çayın xüsusiyyətinə həmçinin onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.

Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. İriyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.

Əgər qutunun üzərində yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.

Əhəmiyyəti redaktə

Çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldu. Əgər XIX -cu əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdü, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, alkaloidlər,flavonoidlər vitaminlər və sairləri aiddir.[8]

Çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir. Qədimdə Şərq aləmində çayı içki kimi deyil dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparır.

 
Nanə çayı

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin A ilə izah edilir. Yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yani allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Alimlər çayın tərkibindəki flavonoidlərin çayın antioksidant xassələrinin səbəbkarı olmağını bildirir, digər sözlərlə desək flavonoidlər insan hüceyrələrinin oksidləşməsinə yol verməyərək, azad radikalların çoxalmasının qarşısını alır.

Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir. Lakin Azərbaycan və bütün postsovet (Orta Asiyanı və bir sıra regionları çıxmaq şərtilə) məkanında əsasən qara çaydan istifadə olunur.

Çayın hansı regionda yetişdirilməsinin onun keyfiyyətinə və xassəsinə təsiri böyükdü. İki əsas çay növü var: Çin çayıHindistan-Seylon çayı. Çin çayının daha incə təravəti olur. Dəmlənmiş çayın rəngi açıq sarıya çalır, amma əsil çay biliciləri bu növ çayların qiymətini yaxşı bilirlər. Elə bizim Lənkəran çayı da Çin növlüdü. Nəinki Lənkəran, hətta Gürcüstanda və Rusiyanın Krasnodar vilayətində yetişdirilən çaylar da bu növdən sayıla bilər. Uzun illər dünya bazarında Çin növlü çaylar azlıq təşkil edib, çünki elə Çinin özündə yetişdirilən çay sortları yerli əhalinin tələbatını güclə ödəyib.

Çay haqqında faydalı məsləhət redaktə

Tədqiqatlar nəticəsində məlum olub ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur. Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində fluoroz yaranır. Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2–3 dəfə artıqdır. Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2–3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır.

Məlumat üçün bildirək ki, hazırda bütün dünyada ən çox istifadə olunan içki çaydır.

  1. Mary Lou Heiss; Robert J. Heiss. The Story of Tea: A Cultural History and Drinking Guide. Camellia sinensis originated in southeast Asia, specifically around the intersection of 29th parallel and 98th meridian, the point of confluence of the lands of southwest China and Tibet, north Burma, and northeast India, citing Mondal (2007) p. 519
  2. "Çay haqqında". 2009-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
  3. "Mapping the migration of words: Infographic reveals the roots of Europe's languages and how countries are linked to the wider world". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  4. "Tea if by sea, cha if by land: Why the world only has two words for tea". 2020-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  5. 5,0 5,1 "Превращение в чаинку" Arxivləşdirilib 2009-12-12 at the Wayback Machine
  6. Венедикт Дадыкин. Чай с подоконника // Наука и жизнь (rus). № 8. 2018. 130—134.
  7. Иванов Ю. Г.. Энциклопедия чая. Энциклопедия домашнего хозяйства. Смоленск: Русич. 2001.
  8. Söhbət çaydan gedirsə…[ölü keçid]

Saglamolun.Az 12.03.21

2005-ci ildə çay yığımı üzrə göstəricilər redaktə

 
2005-ci ildə çay yığımı — 3400 t. ; Çin 27 %; Hindistan 24 %; Şri-Lanka 9 %; Keniya 9 %; Türkiyə 6 %; İndoneziya 5 %; Digər 20 %
Yer Ölkə min. ton %
1. Çin 885 27,7
2. Hindistan 789 24,7
3. Şri-Lanka 303 9,5
4. Keniya 290 9,1
5. İndoneziya 159 5,0
6. Türkiyə 131 4,1
7. Vyetnam 94,5 3,0
8. Yaponiya 92 2,9
  Cəmi 3197 100,0

Hazırlanma qaydaları redaktə

 
Limonlu çay

Min illərdən bəri, dünyanın bütün xalqları tərəfindən bir içki kimi istifadə olunan çayı hərə bir cürə dəmləyir. Ayrı-ayrı xalqlar sozsüz ki, yaşadıqları regionların iqlim şəraitindən, sürdükləri həyat tərzindən asılı olaraq, çayı müxtəlif üsullarnan dəmləyirlər:[1]

  • Çinlilər əvvəlcədən qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu tökürlər, 3 dəqiqədən sonra, farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.
  • Yaponlar çayı, əvvəlcə, xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra, əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2–3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olurlar. Yaponlar əsasən, çayın ətrindən daha çox feyzyab olurlar. Belə ki, onlar da çayı 40–50 qr.-lıq kiçik fincanlarda içirlər.
  • İsveçrəlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.
  • Kalmıklar bir balaca suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su qaynağa düşəndən sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib, qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına 7–8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.
  • Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.

Həmçinin bax redaktə

Mənbə redaktə

Знание – сила. 2018, №6, NKPİ nun saytı,2018–09-01

İstinadlar redaktə

  1. "Ən dəyərli içki". 2010-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.

Xarici keçidlər redaktə


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023