Çeçilia Bartoli Haqqinda Melumat - Vikipedia

Çeçilia Bartoli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çeçilia Bartoli

Çeçilia Bartoli (it. Cecilia Bartoli (4 iyun 1966[1][2][…], Roma[3]) — italyan mezzo–sopranoçu opera müğənnisi.

Çeçilia Bartoli
it. Cecilia Bartoli
Ümumi məlumatlar
Doğum adı Cecilia Bartoli
Doğum tarixi 4 iyun 1966(1966-06-04)[1][2][…] (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, solist[d]
Fəaliyyət illəri 1987-ci ildən
Janrlar opera, klassik musiqi
Səs tembri messo-soprano
Təhsili
  • Müqəddəs Çeçiliya Milli Akademiyası[d]
Mükafatları Officer of the National Order of Merit "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri Order of Cultural Merit "İtaliya qarşısında xidmətlərə görə" ordeninin Böyük Cəngavər Xaçı "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin cəngavər dərəcəsi "Təsviri incəsənətdə xidmətlərə görə" qızıl medalı
ceciliabartoli.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası redaktə

4 iyun 1966 cı ildə Romada peşəkar opera müğənniləri Ancelo Bartoli və Silvana Baççoninin ailəsində dünyaya gələn Çeçilia 9 yaşında ikən Toska operasında çıxış etmişdir. Roma it. Accademia Nazionale di Santa Cecilia — Müqəddəs Çeçilia Milli Akademiyasında oxuyan Çeçilia Bartoli trombon üzrə ixtisaslaşır. Valideynləri ayrıldıqdan sonra atası Riminidə tenor kimi karyerasını davam etdirir. Anası isə qızının talantına və qabiliyyətinə inanaraq onun vokal üzrə ilk və yeganə pedaqoqu olur. İlk şöhrəti ona 1986 cı ildəki it. Fantastico televiziya şousundakı, Coakkino Rossininin Sevilya bərbəri operasından Leo Nuççi ilə ifa etdiyi duet qazandırmışdır. Şounu izləyən Rikardo Muti onu dərhal La Skala teatrına dinlənilməsi üçün dəvət etmişdir. 20 ildən artıqdır ki, səsyazma firması Decca Records ilə əməkdaşlıq edir. Bu müddət ərzində 16 sola albom buraxmışdır. İlk əvvəl Mosart və Rossini əsərlərini ifa edən Çeçilia 1999 cu ildən başlayaraq repertuarında XVII–XIX əsr bəstəkarlarının (Vivaldi, Alessandro skarlatti, Kaldar, Salyeri, Malibran və s.) əsərlərinə geniş yer vermışdir. Mosartın, Rossininin, Bellininin, Puççininin opera səsyazmalarında iştirak etmişdir.

2007–2009 cu illərdə əfsanəvi opera müğənnisi mzzo-sopranoçu Mariya Malibranın 200 illik yubileyi münasibəti ilə bir sıra silsilə konsertlərdə iştirak edir. "Mariya" layihəsi çərçivəsində Çeçilianın iştirakı ilə Bellininin "Sonnambul" ("Yuxulugəzənlər") operasının Barselonada qoyulmuş tamaşasının eyniadlı CD, DVD albom səsyazısı buraxılmışdır. 2008 ci ildə Jak fromantal Halevinin "Klari" operasında Bartoli əsas partiyanı ifa edir. 2010 cu ildə isə həmin operanın DVD albomu buraxılır.

İstinadlar redaktə

  1. 1,0 1,1 Cecilia Bartoli // filmportal.de. 2005.
  2. 2,0 2,1 Cecilia Bartoli // FemBio database (alm.).
  3. 3,0 3,1 Archivio Storico Ricordi. 1808.

Mənbələr redaktə

  • Chernin K., Stendhal R. Cecilia Bartoli: Eine Liebeserklärung. Frankfurt/Main: Suhrkamp, 1999, ISBN 3-518-39385-5
  • Hoelterhoff V. Cecilia Bartoli. München: Kindler, 2002, ISBN 3-463-40356-0

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023