Çeşməli (Tovuz) Haqqinda Melumat - Vikipedia

Çeşməli (Tovuz) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çeşməli (Tovuz)

Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd

Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.[3]

Çeşməli
40°41′40″ şm. e. 45°33′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 508 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6021[2]
Xəritəni göstər/gizlə
Çeşməli xəritədə
Çeşməli
Çeşməli

Toponimikası redaktə

1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə)[4] kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir.[5]

Tarixi redaktə

Tarixi abidələri redaktə

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi redaktə

Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir.

Əhalisi redaktə

İl Daimi əhali Kişilər Qadınlar
1999[6] 542 285 257
2009[7] ↘508 ↘262 ↘246

Şəhidləri redaktə

İqtisadiyyatı redaktə

Kənd əhalisi təsərrüfat, əkinçilikmaldarlıqla məşğuldur. Kənd təsərrüfatında əsasən kartof əkini ilə məşğul olan yerli əhali, məhsullarının satışını yerli bazarlar ilə yanaşı RusiyaUkrayna kimi ölkələrdə də edirlər. Əlverişli şərait və məhsuldar torpağın olması, əkinçilik sahəsində əhəmiyyətli yer tutur. Həmçinin arıçılıq və son illərdə tütünçülük kimi fəaliyyət növləri də kəndin iqtisadi yaşamında önəmli rol oynayır.

Mədəniyyəti redaktə

Kənddə Çeşməli kənd kitabxana filialı,[9] Çeşməli kənd klubu,[10] Çeşməli poçt şöbəsi (AZ6021)[11] fəaliyyət göstərir.

Kənddə telefon qovşağı, kənd bələdiyyəsi, Tovuz rayon icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir.

Təhsil redaktə

Kənddə Məstan Novruzov adına Çeşməli kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13] Məktəb şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır.

Din redaktə

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə redaktə

Kənddə Çeşməli həkim məntəqəsi yerləşir.[14]

İstinadlar redaktə

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-30.
  4. "Arxivlənmiş surət". 2015-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-03.
  5. Çeşməli (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 134. ISBN 978-9952-34-155-3.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
  7. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  8. "Vətən müharibəsi şəhidi Bədəlov Oqtay Ələddin oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  10. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  11. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
  12. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az) [ölü keçid]
  13. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  14. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 248 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024