Çin püstəsi Haqqinda Melumat - Vikipedia

Çin püstəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çin püstəsi

Çin püstəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Aralıq dənizyanı ölkələrində,Kanar adalarında,Mərakeş və İspaniyadan Türkiyə,Suriya və İsrailə qədər geniş yayılmışdır.

Botaniki təsviri redaktə

İkievli bitkidir.5 m hündürlüyündə həmişəyaşıl, enli çətirli ağac və ya koldur.Gövdəsinin qabığı tünd rənglidir.Yarpaqları növbəli,cütlələkvaridir.Yaşılımtıl çiçəkləri xırda,sıx salxımşəkilli çiçək qrupuna toplanmışdır.Meyvələri 4–5 mm uzunluğunda çəyirdəkmeyvədir,ucu itidir.Abşeronda oktyabr-noyabr aylarında çiçəkləyir,meyvələri aprel-may aylarında yetişir.Toxumla çoxaldılır.

Ekologiyası redaktə

Şaxtaya davamsızdır,Abşeronun sərt şaxtalarında yerüstü hissəsi məhv olur,aprel-may aylarında yenidən bərpa olunur.

Azərbaycanda yayılması redaktə

Mərdəkan dendrarisində 2009-cu ildə introduksiya olunmuşdur.Abşeronda mədəni şəraitdə becərilir.

İstifadəsi redaktə

Abşeronda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir.Erkək ağacdan qatran alınır.Mastikada 90%-dək rezin,qatran turşuları və 1-3% efir yağı vardır.Efir yağında pinen vardır ki,ondan diş plomblarının hazırlanmasında və yara sağaldan vasitə kimi həlimindən istifadə edilir.

İstinadlar redaktə


Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024