Çin siyasi partiyalarının siyahısı Haqqinda Melumat - Vikipedia

Çin siyasi partiyalarının siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çin siyasi partiyalarının siyahısı

Çin və ya rəsmi adı ilə Çin Xalq Respublikası Çin Kommunist Partiyası (ÇKP) liderliyi altında tək partiyalı sistemlə idarə olunur. Buna baxmayaraq, Çin Kommunist Partiyası xaricində 8 kiçik partiya da rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Bu 8 partiya Soyuq müharibə sonrası Şərqi Avropada (Latviya Xalq Cəbhəsi kimi) yaradılan xalq cəbhələrinə oxşar Birləşmiş Cəbhədə Çin Kommunist Partiyası ilə birlikdə təmsil olunurlar. Çin Kommunist Partiyasının CGNT qolu rəsmi olaraq Çin Kommunist Partiyasının hakim partiya olaraq davrandığını, lakin, buna baxmayaraq, digər 8 partiya ilə də əməkdaşlıq etdiyini açıqlamışdır.[1]

Bir ölkə, iki sistem idarəsi altında əvvəllər Avropa ölkələrinin koloniyası olmuş xüsusi adminstrativ bölgələr HonkonqMakao Çin Xalq Respublikasından fərqlənən siyasi sistemə sahibdir. Hal-hazırda nə Honkonq, nə də Makao Çin Xalq Respublikasına təslim edilənə qədərki çox partiyalı sistemə sahibdir.[2]

Çin Kommunist Partiyası ilə əlaqələr redaktə

Əslində, sadəcə 1 partiya yerli səviyyədə əhəmiyyətli gücə sahibdir. Bu partiya Çin Kommunist Partiyasıdır. Onun dominantlığı Çinin tək partiyalı dövlət olduğunu təsdiqləyəcək qədər yüksəkdir. Birləşmiş Cəbhənin digər kiçik 8 üzv partiyası da siyasi sistemdə yer sahibidir. Lakin onlar yerli səviyyədə çox məhdudlaşdırılmış gücə sahibdir.[3][4] Kiçik partiyalar öz mövcudluqlarını qorumaq üçün Çin Kommunist Partiyasının "lider mövqeyini" tanımalıdır.[5] Human Rights Watch-a görə bu partiyalar "müxaliflikdən daha çox məsləhətçi rolu oynayır".[6] Çin siyasi sistemi Çin Kommunist Partiyası tərəfindən yoxlanılmış və təsdiqlənmiş Çin Kommunist Partiyasının üzvü olmayan bəzi müstəqil (partiyasız) siyasətçilərin və 8 kiçik partiyanın üzvlərinin Ümumçin Xalq Nümayəndələri Məclisində iştirakına izin verir. Çin Xalq Respublikası Konstitusiyasının preambulasında qeyd olunur ki, Çin Kommunist Partiyası liderliyində çox partiyali kooperasiya və siyasi məsləhətləşmə uzun müddət mövcud olacaq və inkişaf edəcək.[7]

Partiyaların siyahısı redaktə

Ad
(abreviatur)
Quruluş tarixi Mövcuddur (gün) Qurulduğu yer Üzv sayı Hazırkı lider Rəsmi
vebsayt
Çin Kommunist Partiyası (CCP)
中国共产党(中共)
23 iyul 1921 37545 Şanxay 89,450,000 Baş katib
Si Tsinpin
[8]
Çin Zhi Qonq Partiyası (ÇZGP)
中国致公党(致公党)
10 oktyabr 1925 35983 Los Anceles, ABŞ 48,000 Sədr
Professor Van Qanq
[9]
Çinli Kəndlilərin və Fəhlələrin Demokratik Partiyası (ÇKFDP)
中国农工民主党(农工党)
9 avqust 1930 34219 Şanxay, Çin Respublikası 145,000 Sədr
Professor Çen Zhu
[10]
Çin Demokratik Liqası (ÇDL)
中国民主同盟(民盟)
19 mart 1941 30344 Çuntsin, Çin Respublikası 282,000 Sədr
Prof. Dinq Zhongli
[11]
Jiusan Cəmiyyəti (JC)
九三学社
3 sentyabr 1945 28715 Çuntsin, Çin Respublikası 167,218 Sədr
Professor Vu Veyhua
[12]
Çin Milli Demokratik Quruculuq Assosiasiyası (ÇMDQA)
中国民主建国会(民建)
16 dekabr 1945 28611 Çuntsin, Çin Respublikası 170,000 Sərd
Professor Hao Minqjin
[13]
Demokratiyanın Təbliği üçün Çin Assosiasiyası (DTÇA)
中国民主促进会(民进)
30 dekabr 1945 28597 Şanxay, Çin Respublikası 156,808 Sədr
Prof. Cai Dafeng
[14]
Tayvan Demokratik Özünüidarə Liqası (TDÖL)
台湾民主自治同盟(台盟)
12 noyabr 1947 27915 Britaniya Honqkonqu 3,000 Sədr
Su Hui
[15]
Çin Homindan İnqilabi Komitəsi (ÇHİK)
中国国民党革命委员会(民革)
1 yanvar 1948 27865 Britaniya Honqkonqu 127,930 Sədr
Professor Van Exyanq
[16]

Qadağan olunmuş partiyalar redaktə

Aşağıdakı partiyalar Çin hökuməti tərəfindən qadağan olunmuşdur:

  • Çin Kommunist Partiyası (Marksist-Leninist)(çin.) 中国共产党(马列)) — 1976-cı ildə bəzi Maoist İnqilabçı Fraksiya və Qırmızı Keşikçi üzvləri tərəfindən UhanHubeydə qurulan anti-revizyonist siyasi partiya. Onlar "4-lü banda"nın və Çin Kommunist Partiyasının yeni revizyonist rəhbərliyinin həbsinin qeyri qanuni olduğuna inanırdı. Onlar məğlubiyyətə düçar olan, Şanxay, Çjetszyan, Kanton və Yunnan kimi şəhərlərdə baş vermiş hərbi çevrilişdən sonra qadağan olunmuşdur.[17]
  • Çin Kommunist Partiyası (Fəhlələrin və Kəndlilərin Azadlığı Ordusu)(çin.) 中国共产党(工农解放军)) — 1976-cı ildə bəzi Maoist İnqilabçı Fraksiya və Qırmızı Keşikçi üzvləri tərəfindən Fucyendə qurulan anti-revizyonist siyasi partiya. Onlar sosialist inqilabı dönəmində inşa edilmiş qalaları istifadə edərək partizan ordusu qurdular və bu ordunu Fəhlələrin və Kəndlilərin Azadlığı Ordusu adlandırdılar.[18] Onlar yeni Çin Kommunist Partiyası rəhbərliyini revizyonist adlandırdılar. Yenidən quruluş elan edərək partiyanın Mərkəzi Komitəsini yenidən təşkil etdilər.[19] Fəaliyyətləri 1978-ci ilədək davam etdi.
  • Çin Demokratik Partiyası(çin.) 中国民主党) — 1978-ci ildə baş vermiş Çin Demokratiya Sədd Hərəkatı və 1989-cu ildə baş vermiş Demokratiya Hərəkatının üzvləri tərəfindən 1998-ci ildə qurulmuşdur. Elə həmin il də qeyri-qanuni partiya olduğu elan edilmişdir.[20][21]
  • Çin Milliyətçiləri Birliyi(çin.) 中国泛蓝联盟) — Tayvandakı Pan-mavi Koalisiyasının ideallarıyla uyğunlaşan siyasi partiya. Partiya Üç xalq prinsipi ilə uyğunlaşan liberal demokratiyanın elan olunmasının doğru hesab edir. Qrup 2004-cü ilin avqust ayında internet forumunda müzakirə zamanı yaradılmışdır. 2006-cı ilin sentyabr ayında illeqal olduğu elan olunmuşdur.[mənbə göstərin]
  • Çin Yeni Demokratiya Partiyası(çin.) 中国新民党) — 2007-ci illərin sonunda Guo Qunan tərəfindən Nankində təsis olunmuşdur..[20][21]
  • Maoist Çin Kommunist Partiyası(çin.) 中国毛泽东主义共产党) — 2008-ci ildə qurulan anti-revizyonist kommunist partiya. Partiyanın amalı proletariat diktatorluğunu yenidən qurmaq üçün iknci sosialist inqilabı gerçəkləşdirməkdir. Çin hökuməti tərəfindən təzyiqlərə məruz qalmışdır.[22]
  • Zhi Tsian Partiyası(çin.)至宪党) — həmçinin Çin Konstitusiyanalist Partiyası olaraq da tanınır. Bo Tsilainin dəstəyi ilə[23][24] 2013-cü ildə qurulmuşdur. Həmin il dekabrnda qadağan edilmişdir.[25][26]
  • Çin Proletarian İnqilabi Mərkəzi Komitəsi(çin.)中国无产阶级革命中央委员会, abbreviatur  (çin.)中革中央) — 2010-cu ildə Zhou Qun tərəfindən qurulan anti-revizyonist kommunist partiya. Partiya liderləri Mədəni İnqilab zamanı İnqilabçı fraksiyanın üzvləri olmuşdur. Komitənin bünövrəsini Szyansuda işdən çıxarılan minlərlə fəhlə təşkil edirdi. Lakin komitə polisin onların "provokativ" onlayn fəaliyyətlərini aşkar etməsiylə qadağan edildi.

Tarixi partiyalar redaktə

 
Sun Yatsen Tongmenghuinin Sinqapur qolunun üzvləriylə bərabər

Çin Respublikası Homindan lideri Sun Yatsen tərəfindən 1912-ci ildə qurulmuşdur. Homindanın özəyini Çin Cəmiyyətini Canlandır təşkil etmişdir. ÇCC 24 noyabr 1894-cü ildə qurulmuşdur, daha sonra müxtəlif inqilabi təşkilatlarla birləşərək 1905-ci ildə Tongmenghuinin əsasını qoymuşdur.1911-ci ilin avqustunda Tongmenghui başqa müxtəlif siyasi partiyalarla Pekində birləşərək Homindanın əsasını qoydu. 1914-cü ilin iyul ayında Yaponiyanın Tokio şəhərində Homindan Çin İnqilabi Partiyası olaraq yenidən təşkil edildi. 1919-cu ildə partiya rəsmi olaraq özünüzü yenidən Homindan adlandırdı Homindan adının hərfi tərcüməsi Çin Milliyətçi Partiyasıdır.[27] Partiya Çinin ilk əsas, hakim siyasi partiyası olmuşdur. 1921-ci ildə Çen Dutsiu və Li Dazhao tərəfindən Şanxayda təhsil cəmiyyəti və informativ cəmiyyət olaraq Çin Kommunist Partiyası quruldu. Yavaş-yavaş Çin Kommunist Partiyası böyüdü və Homindandan sonra ikinci siyasi partiyaya çevrildi. Çin Respublikası dönəmində bu iki partiya 1911-ci ildən 1949-cu ilədək ölkədə hökm sürmüşdür.

Çin vətəndaş müharibəsi dövründə, 1949-cu ildə Çin Kommunist Partiyası liderliyində Xalq Azadlıq Ordusu Homindanın Milli İnqilab Ordusunu məğlub etdi. Homindan seçimsiz qalaraq Çinin əsas torpaqlarnı tərk edərək 1945-ci ildə Yaponiya vasitəsilə Tayvana yerləşdi. Homindan Çinin əsas torpaqlarını geri almaq üçün Tavana qaçmışdı. Çin Kommunist Partiyasının Homindanın artıq dağıldığını iddia etməsinə baxmayaraq Homindan 1949-cu ildən bu yana fəaliyyət göstərərək Çin Respublikası adını yaşatmağa çalışır.

Bəzi partiyalar: redaktə

  • Homindan
  • Birləşmiş Respublika Partiyası
  • Birlik Partiyası
  • Proqressiv Partiya
  • Demokratik Partiya
  • Respublikaçı Partiya
  • Çin Demokratik Sosialist Partiyası
  • Çin Gənclik Partiyası
  • Xalq Konstitusiya Partiyası
  • Siyasi Dostluq Assosiasiyası
  • Çin Sosialist Partiyası
  • Vətəndaş Partiyası
  • Dazhong Partiyası
  • Chongqing Kommunist Partiyası
  • Oriental Kommunist Partiyası
  • Çin Gənc Kommunist Partiyası
  • Produktiv Kommunist Partiyası

Mənbə redaktə

İstinadlar redaktə

  1. Çində siyasi sistem necə çalışır? (ingilis), 2021-08-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-04-22
  2. Bukli, Roqer (1997). Hong Kong: The Road to 1997. Cambridge University Press. ISBN 0-521-46979-1.
  3. Kesselman, Mark. İnkişaf edən dünyanın siyasətinə giriş: Siyasi cərəyanlar və dəyişikliklər gündəliyi (ingilis). Cengage Learning. 2012-01-01. 324. ISBN 978-1-133-71258-9. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
  4. Liao, Xingmiu; Tsai, Wen-Hsuan. "Klientelistik DÖvlət Korporasiyası:Xi Jinpingin dövründə cütləşmənin Birləşmiş Cəbhə modeli". China Review. 19 (1). 2019: 31–56. ISSN 1680-2012. JSTOR 26603249.
  5. Çeliçsev, Ivan. Çin vs Qərb: XXI əsrdə qlobal güc dəyişməsi (ingilis). Con Viley & Sons. 2011-12-27. ISBN 978-0-470-82975-2. OCLC 883259659. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
  6. "China: Nipped In The Bud - Background". Human Rights Watch. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  7. "[[Ümumçin Xalq Nümayəndələri Məclisi]]". npc.gov.cn. 2007-11-15. 2016-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
  8. "Info". english.cpc.com.cn.[daimi ölü keçid]
  9. "Info". zg.org.cn. 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  10. "Info". ngd.org.cn. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  11. "Info". dem-league.org.cn. 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  12. "Info". 93.org.cn. 2018-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  13. "Info". cdnca.org.cn.[daimi ölü keçid]
  14. "Info". mj.org.cn. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  15. "Info". taimeng.org.cn. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  16. "Info". minge.gov.cn. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  17. Su, Yuan. 1978-1979: Diary. China Cultural Communication Press. 2017.
  18. "'四人帮'在福建打游击". 展望. 01. 1977-01-01.
  19. "福建四人帮战讯". 展望. 1977-12-01.
  20. 1 2 Gittinqs, Con (2005). Çinin dəyişən siması: Maodan Marketədək. Oxford University Press, 2005. ISBN 0-19-280612-2.
  21. 1 2 Qoldsmith, Cek L.; and Vu, Tim (2006). İnterneti kim idarə edir?: İlluziyalar və Sərhədsiz Dünya. Oxford University Press. ISBN 0-19-515266-2.
  22. Demick, Barbara. "China puts a stop to Maoist revival". Los Angeles Times. 20 March 2012. 4 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2016.
  23. Moore, Malkolm. "Keçmiş müəllim Boa Tsilai yeni siyasi partiyanın sədri oldu". The Daily Telegraph. 10.10.2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2013.
  24. Benjamin Kanq Lim and Ben Blençard. "Bo Tsilai dəstəkçiləri Çində yeni partiya təsis etdilər". The Globe and Mail. Toronto. 9.10.2013. İstifadə tarixi: 10.10.2013.[ölü keçid]
  25. Şao, Henq. "Bizarre Çin Təhlili: Böyük Toy, Güc Oyunu & Dumandan İlham Alan Kreativlik". Forbes. 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  26. "北京民政局发出取缔"至宪党"决定". Deutsche Welle. 14 December 2013. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2016.
  27. "- 中國國民黨全球資訊網 KMT Official Website". 中國國民黨全球資訊網. 2012-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.

Həmçinin bax redaktə


Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024