Çjen Xe Haqqinda Melumat - Vikipedia

Çjen Xe Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çjen Xe (1371[1][2][…], Kunminq[d], Yuan1433[3][4][…] və ya 1435[5], Nankin, Min sülaləsi) — Çin səyyahı, dənizçi və diplomatı, Min imperatorları tərəfindən Hind-Çin, Hindistan, Ərəbistan yarımadasıŞərqi Afrikaya göndərilmiş Yeddi böyük ekspedisiyaya rəhbərlik etmiş şəxs. Və üstəlik, Çjen Xe Amerikanın 9-cu kaşifidir.

Çjen Xe

Çjen Xenin Malakkadakı heykəli
Ənənəvi çincə: 鄭和
Sadələşdirilmiş çincə: 郑和
Məna: Çjen Xe

Fərdi Çin gəmiləri hələ Sun İmperiyası zamanından Cənubi Çinlə Cənub-Şərqi Asiya ölkələri arasında səfər etsələr, Yuan İmperiyası zamanında isə hətta Cənub Şərqi Asiya və Şri-Lankaya hərbi ekspedisiyalar göndərilsə də, Çjen Xenin ekspedisiyasının miqyası da, imperator Çju Dinin ona verdiyi qiymət də əvvəlkilərdən fərqlənirdi. Bu ekspedisiyalar qısa müddət ərzində belə olsa, Malay yarımadası, Cənubi Hindistan, İndoneziya və Şri-Lankadakı dövlətləri Min İmperiyasının vassalına çevirmiş, Hind Okeanı sahilində yaşayan xalqlarla bağlı Çində mövcud olan məlumatları zənginləşdirmişdi. Belə qəbul edilir ki, Çjen Xenin ekspedisiyası Malay yarımadası, yava və Sumatranın tarixi inkişafına xeyli töfhə vermiş, çinlilərin bu ərazilərə miqrasiyası və orada Çin mədəniyyətinin rövnəqlənməsinə yardım etmişdi.

Hətta Çjen Xenin əsas himayədarı olan imperatorun Çju Dinin dövründə də bu ekspedisiyalar Çinin konfusionist elitası tərəfindən sərt tənqid edilirdi. Onlar irəli sürürdülər ki, bu səfərlər lazımsız və çox məsrəfli imperator şıltaqlığıdır. Çjen Xenin və imperator Çju Çjanzinin (Çju Dinin nəvəsi) olümlərindən sonra bu təcrid fikirləri yüksək dairələrdə rəğbət qazandı. Nəticədə dəniz ekspedisiyaları dayandırıldı, donanmaya aid olan texniki məlumatlar məhv edildi və ya unuduldu. XVII–XVIII əsrlərdə tərtib edilmiş rəsmi Min Tarixi bu səfərlərə çox tənqidi mövqedən yanaşır, lakin Çindəki bir çox insanlar, xüsusilə də Cənub-Şərqi Asiyada yerləşən Çin diasporası üzvləri bu xədim dənizçiyə qəhrəman kimi baxırdılar.

XX əsrin əvvəllərindən etibarən, Çində yadellillərə qarşı mübarizə əsnasında ortaya çıxan vətənpərvərlik dalğası zəminində Çjen Xenin obrazı yeni populyarlıq qazandı. Müasir Çində Çjen Xe Çin tarixinin ən mühüm xadimlərindən biri hesab edilir, onun səfərləri isə Çinin qonşuları ilə münasibətdəki dinc siyasətinin nümunəsi kimi təqdim edilir və Avropa ölkələrinin XVI–XIX əsrlərdəki işğalçılıq siyasəti ilə müqayisə olunur[6].

Həyatı redaktə

Mənşəyi redaktə

 
Məşhur səyyahın uşaqlığı Kuanyanda Dyançi gölünün yaxınlığında keçmişdir

Gələcəyin Səyyahı doğulanda Ma Xe (馬 和) adını almışdır. O Kunyan qəzasının [7] [8]. Bu gün Kunyan qəzası (昆阳) Tszinin (Jinning)adlanır, lakin Kunyan (昆阳) adı qəza mərkəzində qorunmuşdur. Heday kəndində doğulmuşdur[9]. Kunyan qəzası mərkəzi Yunnanda, Dyançi gölünün ətrafında yerləşirdi ki, gölün şimal hissəsində vilayət mərkəzi olan Kunmin şəhəri yerləşirdi.

Ma ailəsi Çində semu adlanan, monqolların zamanında Orta Asiyadan Çinə gələn və Yuan İmperiyası zamanı yüksək mövqeyə yiyələnən insanlardan idi. Çjen Xenin əcdadları da daxil olmaqla, semuların əksəriyyəti müsəlman idi (Ma adının da Məhəmmədin şəkildəyişmiş forması olduğu qəbul edilməkdədir). Yuan sülaləsinin süqutundan və Min sülaləsinin hakimiyyətə gəlişindən sonra onlar çinlilərin, əsasən də müsəlman çinlilərin içərisində assimlyasiyaya uğramışdılar[10].

 
Çjen Xenin atasının məzarı üstündə ucaltdığı xatrə tısbağası (müasir dövrdə inşa edilmiş pavilyonun içindədir)

Ma Xenin valideynləri haqqında çox məlumat yoxdur; burada əsas məlumat admiralın özünün əmri ilə atasının qəbrinin üstündə 1405-ci ildə ucaldılmış steladan götürülür. Səyyahın atası Ma Hacı idi (1345–1381 və ya 1382. Levates Ma Hacının ölüm tarixi kimi 1381-ci ili göstərir, lakin elə burada da stelanın mətnindən ölüm tarixini sitat göstərir ki, bu da ənənəvi təqvimə çevirəndə 12 avqust 1382-ci il tarixinə uyğun gəlir) (Həccə getməsi münasibətilə aldığı addır); onun arvadı Ven (温) soyadını daşıyırdı. Ailədə 6 uşaq olmuşdur, onlardan dördü oqız, ikisi oğlan idi. Böyük oğlanın adı Ma Xenmin, kiçiyin adı isə Ma Xe idi.

Çjen Xenin əcdadlarının Çinə gəliş yolları tam məlum deyil. Ailə xatirələrinə əsasən Ma Hacının atasının (yəni səyyahın babasının) adı da Ma Hacı idi və o Buxara şəhərindən gələrək Qubilay xanın sərkərdəsi olmuş, Yunnan vilayətini tabeliyi altına almış Seyid Əcələddin Ömərin nəvəsi idi. Bu məlumatın əminliyi yoxdur, lakin qəbul etmək olar ki Manın əcdadları Yunnana həqiqətən monqollarla birlikdə gəlmişlər

Çjen Xe əcdadları kimi İslam dininə mənsub idi və hətta Min sülaləsinin ilk dövrlərində müsəlmanlara şübhə ilə yanaşsalar da, onlar üçün havadarlıq vəzifəsini görürdü. Bunun səbəbi o idi ki, Yuan sülaləsinin hakimiyyəti zamanı bir çox semular vergi ödəyicisi vəzifəsini daşıyırdılar.

Çju Dinin yanında xidmətə girməsi və hərbi karyerası redaktə

Monqolların Mərkəzi və Şimali Çin ərazisindən qovulmasından Və Çju Yunçjan tərəfindən Min İmperiyasının əsasının qoyulmasından sonra Çinin cənub-qərbində yerləşən yunnan əyaləti hələ bir müddət də monqolların hakimiyyəti altında yaşamışdı. Ma Hacinin bu dövrdə Yuan sülaləsinin tərəfində Min sülaləsi ilə vuruşub-vuruşmadığı tam məlum deyildir, lakin onun bu müharibədə həlak olduğu dəqiq faktdır. Onun öldürülməsindən sonra oğlu əsir düşümüş və imperator Çju Yunçjanın oğlu, Yunnanın tabe edilməsi üçün hərbi əməliyyatlara rəhbərlik edən Çju Dinin xidmətinə girmişdi [11].

Üç ildən sonra, 1385-ci ildə onu xədim etmişdilər Levathes, 1996. səh. 57—58 görə, Ma Xeni 1382-ci ildə əsir almış, üç ildən sonra hərəmağası etmişdilər; ancaq Dreyer, 2007. səh. 16, 201, görə hər iki hadisə eyni ildə (1382) baş vermişdi. və o, və o, Böyük Yan Padşahı (Yan Wang) adını daşıyan və Beypində (gələcək Pekində) yaşayan Çju Dinin sarayında çoxsaylı hərəmağalarından birinə çevrilmişdi. Gənc hərəmağası Ma Sanbao (馬三寶/马三宝), Yəni Ma Üç Xəzinə və ya Üç ləl-cəvahirat adını almışdı. Cozef Nidemin fikrincə, onun müsəlman mənşəyinə baxmayaraq bu ad buddizmin üç xəzinəsi Budda, dharma və sanqhaya işarə idi.

Belə qeyd edilir ki, vəliəhdin sarayına düşməklə Çjen xenin təhsil almaq baxımından bəxti gətirmişdi. Çünki o Pekinə deyil, Nankinə, imperator Çju Yunçjanın sarayına düşsəydi, onda tıhsil almaq imkanı olmayacaqdı. Bunun səbəbi o idi ki, imperator hərəmağalarına qarşı inamsızlıq duyurdu və onlara mümkün olduğu qədər az təhsil verilməsinin tərəfdarı idi.

Böyük Yan Padşahı olan Çju Dinin tabeliyində kifayət qədər silahlı birləşmələr vardı və o onlarla imperiyanın şimalında monqollara qarşı hərbi əməliyyatlar aparırdı. Ma Sanbao 1386–1387-ci ilin qışında monqol tayfa başçısı Naqaçuya qarşı keçirilən müharibədə iştirak etmişdi

İlk Min imperatoru olan Çju Yunçjanı özündən sonra taxt-tacı Çju Byaoya vermək fikrində idi, lakin o, atasından əvvəl dünyasını dəyişmişdi. Nəticədə imperator Çju Dinin narazılığına baxmayaraq vəliəhd kimi Çju Byaonun oğlu Çju Yunveni irəli sürdü. 1398-ci ildə taxta çıxan Çju Yunven əmilərinin onu devirəcəklərindən çəkinirdi və onları bir-birinin ardınca məhv etməyə başlamışdı. Tezliklə onunla Pekində yaşayan Çju Dinin arasında müharibə başladı. Çju Yunvenin hərəmağalarına siyasətə və ölkə idarəetməsinə qoyduğu qadağaya görə onların çoxu Çju Dinin üsyanını dəstəklədi. Bunun əvəzində Çju Di onlara siyasətlə məşğul olmaq və hakimiyyət pillələrində irəliləmək imkanı yaradırdı ki, bu da Ma Sanbaonun xeyrincə idi. Gənc hərəmağası həm Pekinin 1399-cu ildəki müdafiəsində, həm də 1402-ci ildə nankin şəhərinin alınmasınra rəşadət nümayiş etdirdi. Onu imperiyanın paytaxtı olan Nankin şəhərinin alınması üçün təhkim edilmiş orduya sərkərdə kimi təyin etmişdilər. Öz qardaşı oğlunu hakimiyyətdən salan Çju Di Yunle devizi altında, 17 iyul 1402-ci ildə imperator taxtına oturdu.

1404-cü ildə yeni imperator Ma Xeni yeni, Çjen familiyası ilə təltifləndirdi. Bu onun Bepin ətrafında Çjenlunba adlanan yerdə aparılan döyüşdə atını itirməsinə işarə idiн

Bəzi qaynaqlara görə Çjen Xe 1404-cü ildə yapon dəniz quldurlarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmişdi və hətta yerli hakimiyyət sahibləri ilə müzakirələr aparmaq üçün Yaponiyanı ziyarət etmişdi

Çjen Xenin yeddi səyahəti redaktə

 
Xəzinə gəmisinin Nankindəki xəzinə gəmiləri təmiri parkındakı modeli

Çjen Xe imperator qarşısındakı bütün xidmətlərinə görə Baş hərəmağası (taytszin) elan edildi, bu da məmurların dördüncü təsnifatına uyğun gəlirdi<ref>. Min imperiyası dövründə doqquz məmur dərəcəsi vardı ki, onlar da öz ararlarında iki dərəcəyə — əsas (böyük) və köməkçi (kiçik) dərəcələrinə bölünürdülər. Müəyyən xidməti vəzifələri yalnız bu təsnifatlara uyğun olan adamlar tuta bilərdilər.

Səyahətləri redaktə

Çjen Xe əsasən AsiyaAfrika sahillərinə dəniz səfərləri etmişdir. Bunlar aşağıdakılardır:

Ölümü redaktə

Çjen Xe yeddinci səfərdən Çinə geri dönərkən 1433-cü ildə vəfat etmiş və adət üzrə dənizdə dəfn olunmuşdur.

İstinadlar redaktə

  1. Zheng He // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. Bibliothèque nationale de France He Zheng // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Lo J. Zheng He // Encyclopædia Britannica (ing.).
  5. LIBRIS. 2018.
  6. Kahn J. "China Has an Ancient Mariner to Tell You About" (ingilis). The New York Times. July 20, 2005. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-15.
  7. , Levathes, 1996. səh. 62—63
  8. Tsai, 1996. səh. 154
  9. Chunjiang Fu, Choo Yen Foo, Yaw Hoong Siew, 2005. səh. 7-8
  10. Jonathan Neaman Lipman, 1998. səh. 32-41
  11. Levathes, 1996. səh. 57—58

Ən Son Axtarılanlar

WhatLinksHereLincoln_(film WhatLinksHereVikipediya:Beş_əsas_prinsip Allah'ın_Süngüleri:_Reis_Paşa Allah'ın_Süngüleri:_Reis_Paşa WhatLinksHereAppomattoks_(dairÃàWhatLinksHereAppomattoks_(dairÃàWhatLinksHereAppomattoks_(dairÉàWhatLinksHereAppomattoks_(dairə) WhatLinksHereRahib_MÃÃ WhatLinksHereRahib_MÃÃ WhatLinksHereAppomattoks_(dairə) WhatLinksHereAppomattoks_(dairə) WhatLinksHereAppomattoks_(dairə) WhatLinksHereRahib_MÉÃ WhatLinksHereRahib_MəmmàWhatLinksHereRahib_Məmmədov WhatLinksHereSergey_MurtuzÃÃà WhatLinksHereSergey_MurtuzÃÃà WhatLinksHereSergey_MurtuzÉÃà WhatLinksHereRahib_Məmmədov
Dostlarınla Paylaş

Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023