Çorox çayı Haqqinda Melumat - Vikipedia

Çorox çayı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çorox çayı

Gürcüstan və Türkiyədə çay

Çorox çayı (türk. Çoruh, gürc. ჭოროხი, yun. Άκαμψις, erm. Ճորոխ) — başlanğıcını Türkiyənin şimal-şərqindəki Məscid dağlarından götürən, Bayburt, İspir, Yusufeli, Artvin şəhərlərinin yaxınlığından keçən, Gürcüstanın Batumi şəhərinin cənubunda, Türkiyə-Gürcüstan sərhədinin bir neçə kilometr şimalında Qara dənizə tökülən çay.

Çorox
gürc. ჭოროხი
Çorox çayı
Çorox çayı
Ölkələr
Şəhər
  • Batumi
Mənbəyi Məscid dağının şərq yamacı
Mənsəbi Qara dəniz
Uzunluğu 438 km
Su sərfi 285 m³/s
Hövzəsinin sahəsi 22 100 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arrianın "Peripl Ponta Yevksink" əsərində çay Akampsis adlandırılmışdır. İngilis dilində çay Boas, Çuruk və Çorox adları ilə tanınmışdır.

Haqqında redaktə

 
Çorox çayının Gürcüstandan keçən hissəsi

Çorox çayının mənbəyi Türkiyənin Artvin ilindəki 3225 metr hündürlüyündəki Məscid dağının şərq yamacında yerləşir. Çayın 155 km-lik hissəsi Artvində yerləşir. 438 km yol qət etdikdən sonra Gürcüstanda Qara dənizə tökülür. Dünyanın ən sürətli axan və ən dərin çaylarından biridir. Bu çay hər il ekstrim idman növləri ilə məşğul olmaq üçün gələn turistləri cəlb edir. Çayın ətrafında bir çox turistik yer vardır. Ən yaxın kənd Yaylalar kəndidir.

Biomüxtəliflik redaktə

Çay Qafqaz bölgəsində Dünya Vəhşi Təbiət Fondu tərəfindən ekoloji zona və Beynəlxalq Təbiətin Mühafizəsi Cəmiyyəti tərəfindən biomüxtəliflik nöqtəsi elan edilmiş yerdə yerləşir. Türkiyədəki təbiət mühafizə təşkilatları çay dərəsini əhəmiyyətli bitki bölgəsi, əhəmiyyətli quş bölgəsi, biomüxtəliflik açarı bölgəsi elan etmişdirlər. Çay dərəsində yaşayan 104 təhlükədəki növdən 67-i Türkiyə üçün endemikdir. Çay qayalıqlarında qırmızı kərkəslər yuva qurur. Çay vadisi boyunca boz ayı, vəhşi qaban, canavar, çaqqal, tülkü, porsuq, sansar, su samuru, çəngəl buynuzlu dağ keçisi, dovşan, ur, kəklik, ördək, göyərçin, adi qurqur, sarıasma, qaratoyuq, alabaxta kimi heyvan növləri yaşayır.[1]

İstinadlar redaktə

  1. "Artvin Çoruh Nehri". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023