Çukot yarımadası Haqqinda Melumat - Vikipedia

Çukot yarımadası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çukot yarımadası

Çukot yarımadası (rus. Чукoтка) — Avrasiya mmaterikinin uzaq şimal-şərqində qərar tutur. Sahillərini Şimal Buzlu okeanına daxil olan Çukot dəniziSakit okeana daxil olan Berinq dənizi yuyur. Alyaskadan dar Berinq boğazı ilə ayrılır. Yarımadanın şərq hissəsində Arakamçeçen adası yerləşir. Yarımadanın şərq qutaraçağında materikin ən ucqar şərq nöqtəsi olan Dejnyov burnu yerləşir.

Çukot yarımadası
Yerləşməsi
65°58′00″ şm. e. 174°44′00″ q. u.
Akvatoriya Sakit okean, Şimal Buzlu okean
Ölkə  Rusiya
Çukot yarımadası xəritədə
Çukot yarımadası
Çukot yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Чукотский полуостров. Американская военная карта 1947 г.

Bura Asiyanın yeganə ərazisidir ki, qərb yarımkürrəsində yerləşir.

Yarımada inzibati cəhətdən Rusiya Federasiyası Çukot Muxtar Dairəsinə daxildir. Burada Providenski və Çukot rayonlarına bölünür.

Tarixi redaktə

Yarımada ilk dəfə 1728-ci ildə Berinq tərəfindən yerli əhali olan çukçaların şərəfinə adlandırmışdır[1].

Relyef redaktə

Çukot yarımadasının böyük hissəsini hündürlüyü 1000 metr olan ön dağlıq ərazilər təşkil edir. Mərkəz hissələrdə qayalı ərazilər müşahidə edilir ki, burada hündürlük daha da artır. Yüksək dağlıq massivlərdə dərin dərələrlə Çevtakan, Erquveem və Nunyamovaam. Yarımafanın ən hündür nöqtəsi İsxodnaya dağıdır (1194 m). Dağa qalxdıqca sanki, terraslar əmələ gətirir. Hündürlüyün kəskin endiyi ərazilərdə laqunlar müşahidə edilir.

İqlimi redaktə

İqlimi sərtdir, sahilləri dənizlərinə məruz qalır, daxili hissələri isə kontinentaldır. Qış 10 aya qədər davam edir.

Yarımada ərazisinin böyük hissəsi çox illik qrunt buzlagğı ilə örtülüdür. Hətta bəzi yerlərdə qrunt buzları 30-40 metrə qədər olur. Çay kənarları, göllərin dibi və kənarları olan ərazilərdə qrunt buzlaqları daha dərinliyə gedir. Daxili ərazilərdə -10°s, çay vadilərində isə -6°s təşkil edir. İqliminə fikir versən ərazi demək olar ki, dənizlərin təsiri ilə çox rütubətlidir. Havanın temperaturu və şaxtalar 500–700 m yüksəkliklərdən tutmuş 200-300 metr hündürlüklər arasında kəskin fərqlənir.

Flora redaktə

Yarımada bününlüklə arktik tundra bitkiləri ilə örtülüdür. Bitkilər arasında Arktika söyüdü, cır qaragilə, mərcanı kimilərə rast gəlinir. Onlar hündürlüyü 5-20 sm arasında dəyişir. Təsadüfü hallarda Betula nana, Arctous alpina, Laplandiya diapensiyası kimi bitkilər gözə dəyir. Ən çox rast gəlinən bitkilərdən mamırlarşibyələrdir. Burada bitən bitkilərin çoxu endemikdir.

Faunası redaktə

Yarımadada ən çox tülkü və canavar, üstəlik şimal maralı, dovşan, Lemminq. Dağlıq ərazilərdə Qar qoyunu yayılıb.

Dənizin qayalı sahillərində yerləşən quş koloniyalarında təmizçi, Sakit okean kütdimdiyi, Phalacrocorax pelagicus, чайки kimi quşlara rast gəlinir. Tudralarda isə əkin qazı, qaşqa qaz, qaqar, Kanada durnası, sahil qağayısı və başqaları yayılıb.

İstinadlar redaktə

  1. Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989. — С. 415. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7.

Mənbə redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024