Ölülər dağı Haqqinda Melumat - Vikipedia

Ölülər dağı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ölülər dağı (ərəb. منطقة جبل الموتى‎) — Misirin Mətruh mühafəzində, Böyük Səhranın qərbindəki Sivə oazisində kiçik qayalı təpə. Konusvari formaya və 50 metr hündürlüyə malikdir.[1] Ərazi yamaclarında oyulmuş qəbirlər var deyə bu cür adlandırılmışdır.[2]

Ölülər dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 50 m
Yerləşməsi
29°12′41″ şm. e. 25°31′31″ ş. u.
Ölkə
Ölülər dağı xəritədə
Ölülər dağı
Ölülər dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nekropol Ptolemeylər sülaləsinə aiddir və onların çoxu yunan mənşəlidir. Buna baxmayaraq, burada Roma mənşəli və xristian məzarları da var. Bir çox məzarda tanrı Sobeki təsvir edən timsah yazıları var. Xalq ənənəsində məzarı Altkror dağına və Sivənin sonuncu padşahının xəzinələrinə aid edən kolonnadadan bəhs edilir.[2] Nekropol qədim zamanlardan bəri talan edilmiş, həm də onlardan müharibələrdə yerli əhali tərəfindən qorunmaq üçün bir neçə dəfə istifadə edilmişdir. Birinci Dünya müharibəsi zamanı yazılar qoparılaraq oğurlanmışdır.[3]

İstinadlar redaktə


Saytda 201 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024