Ölkə Haqqinda Melumat - Vikipedia

Ölkə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycankommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir.[1]

Dünya ölkələrinin siyasi xəritəsi

Ölkə simvolları redaktə

Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.

•Ölkə bayraqları

•Dövlət himnləri

•Dövlət gerbləri

•Milli şüarlar

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Ölkə // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.

Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024