Ötzi Haqqinda Melumat - Vikipedia

Ötzi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ötzi, Ötsi (alm. Ötzi‎) yaxud Similaun adamı (it. Mummia del Similaun) — insan epoxasının mis dövrünə aid buzlaşmış insan mumiyası. Ötzi mumiyası 1991 ci ildə Tirolun Ötztal Alpındakı (alm. Ötztaler Alpen‎) Şnalştal buzlağında (alm. Schnalstal‎), 3200 m hündürlükdən, kəskin buz ərintisi nəticəsində aşkarlanmışdır. Mumiyanın mənsub olduğu şəxsin ölüm tarixi radio kömür müayinəsi əsasında e.ə. ≈ 3359 və 3105 il, yaşı isə ≈5250 il müəyyən edilmişdir.[1] Avstriyada mumiya Ötzi adamı, İtaliyada isə “Similaun adamı” və “Tirol buzlaq adamı” kimi təqdim edilmişdir.[2][3] 2011 ci ilin oktyabrında alimlər Ötzinin genetik kodunu açmağa müvəffəq olmuşlar.

Ötzi
alm. Ötzi
it. Mummia del Similaun
Doğum tarixi: ən tezi e.ə. 3375ən geci e.ə. 3150
Vəfatı: ən tezi e.ə. 3359ən geci e.ə. 3105
Vəfat yeri: Şnalştal buzlağı (alm. Schnalstal‎),
Ötztal Alpı (alm. Ötztaler Alpen‎)
Avstriya Avstriyaİtaliya İtaliya
Ölüm səbəbi: Körpücükaltı arteriya və ya venanın
zədələnməsi səbəbindən qanaxma
Mənşəyi: Tirol
Məşqulluğu: Misgər
Boyu: 165 sm (5.4 fut)
Çəkisi: 50 kq (110 funt)
Tapılma tarixi: 1991
Tapanı: Helmut və Erik Simon
Şnalştal (Tirol (Avstriya))
Şnalştal
46°46′44″ şm. e. 10°50′23″ ş. u.
Ötzi mumiyasının tapıldığı yer
Sayt: South Tyrol Museum of Archaeology

Aşkarlanması redaktə

Ötzi mumiyası nürnberqli iki alman turist alpinistləri Helmut və Erik Simon tərəfindən 19 sentyabr 1991 ci ildə təsadüfən aşkar edilmişdir. Əvvəlcə cəsədin həmin ərazidə yaşayan müasir dövr insanlarına mənsub olduğu güman edilir. Mumiya buzlaşdığına görə yaxşı vəziyyətdə aşkar olunmuşdur. Mumiya 23 sentyabr 1991 ci ildə İnsbruk şəhər məhkəmə tibb ekspertizası institunun meyidxanasına təhvil verilir. Burada onun həqiqi yaşı müəyyən edilir.[4] Burada cəsədə bir oqədər də əhəmiyyət verilmir:[5]

  • Tapıntını əldə etmək üçün (arxeoloji alətlərdən istifadə olunmadığına görə) polist nəfərinin tətbiq etdiyi çəkic və buzdələn vasitəsilə mumiyanın bud sümüyü zədələnmiş, hətta onun paltarının bir qismi tamaşaçılar tərəfindən suvenir qismində götürülmüşdür.
  • Polist tərəfindən cəsədin ehtiyatsızlıqla polietilen torbaya paketlənməsi cəsədə bir sıra zədələr vurmuş olur.
  • Ventdəki dəfn xidməti cəsədi İnsbruk şəhər məhkəmə tibb ekspertizası institunun meyidxanasına göndərmək üçün tabuta yerləşdirərkən ehtiyatsızlıq edərək onun əlini sındırırlar.
  • İnsbruk Universitetinin tarixçisi Konrad Şpindel tibbi ekpertizanın əməkdaşlarını cinayət tərkibinin olub olmamasını əhəmiyyət kəsb etmədiyini əsas götürərək cəsədi dəfn etmək üçün razılıq vermələrinə mane olur.
 
Ötzinin tapıldığı yer

1991 ci ilin oktyabrında məlum olur ki, mumiyanın aşkar edildiyi yer İtaliya ərazisi sayılır, Trentino-Alto Adice muxtar vilayətinin ərazisində, Avstriyanın Tirol vilayətinin sərhəddindən 92,56 m aralıda yerləşir. buna görə də mumiya İtaliyaya, Bolzano arxeoloji muzeyinə təhvil verilir.

Geyimi redaktə

Ötzinin geyimi aşağıdakılardan ibarətdir:

  • samandan toxunma plaş
  • dəri palto
  • dana dərisindən kəmər
  • oma-qasıq - sarğı örtüyü (dəri)
  • dəri pantolon
  • “makosin” ayaq geyimi sukeçirməyən enli ayaqqabı olub, altı ayı gönündən, üstü isə maral dərisindən hazırlanmışdır.[6][7] Yumşaq ot ya ələfdən corab əvəzi ayağa dolanaraq geyinilir.
  • cənəaltı (dəri) bağları olan ayı dərisindən papaq
Ötzinin qiyafəti.
Bərpa edilmiş Ötzinin geyimi


Ötzinin “makosin” ayaq geyimi.

Silahı redaktə

  • Qaraçöhrə (lat. Taxus) ağacından olan 60 sm-lik dəstəyə 9,5 sm-lik 99,7 % mis tərkibli tiyəyə malik balta,

Güman edilir ki, e.ə. 3000 ildə mis tiyəli balta adətən döyüşçüyə ya da dəstə başçısına aid ola bilərdi.

Ötziyə aid silahlar.
Ötzinin mis ucluqlu baltası

Cəsədin müayinəsi redaktə

 
Ötzinin ölümünə səbəb olan təxmin edilən nizə tiyəsinin bənzəri.

Donmuş, qaxaca dönmüş natamam cəsədin faktiki uzunluğu 154 sm, çəkisi isə 13 kq-dır.[8][9]

Ölən ana qədər Ötzinin boyu 165 sm, çəkisi 50 kq, yaşı isə 45-46 olmuşdur. Ölümündən dərhal sonra bədəni örtmüş buz çürümə prosesinin qarşısını almış olmuşdur. Diş emalının müayinəsi onun uşaqlıq illərinin Velturno kəndinin yaxınlığında keçirdiyini, sonralar isə 50 km şimalda yaşamış olduğunu göstərir. Ötzinin düz bağırsağında meyvə və 2 tip əzələ toxuma qırıntılarına (maraldağ keçisi[10]) ras gəlinmişdir. Ötzinin sonuncu qida qəbulu ölümündən 8 saat əvvəl olmuşdur. Saçlarında mis və qurğuşun tərkibinin olması, onun mis mədənində işləməsinə dəlalət edir. Alimlər güman edirlər ki, Ötzi kənd təsərrüffatı ilə məşqul olan kiçik bir qəbiləyə mənsub olmuş Müayinə zamanı onun bağırsağında bağırsaq paraziti olan tükbaş qurd (lat. Trichuris trichiura) tapılmışdır. Kampyüter tomoqrafiyası müayinəsi zamanı onun 3 ya 4 sağ qabırğaları içəriyə batmışdır. Bədənin epidermisi buzlaşma ilə əlaqədar yeyilmişdir.[11] Cəsəddə “nöqtə”, “xətt” və “xaç” təsvirli 57 tatu döymə aşkar edilmişdir. Dörd “xətt” tatu onurğanın sol tərəfində, biri sağ tərəfində, üçü isə sol baldırda və sağ topuğun iç və arxa səthində döyülmüşdür. Sğ dizin iç tərəfində və sol daban vətəri (lat. Tendo calcaneus) nahiyəsində “xaç” tatu döyülmüşdür.

2011 ci ildə aparılan genoloji analizə əsasən Ötzinin gözlərinin rənginin qonur olduğu,[12] laktoza intolerant olduğu,[13] 0 qan qrupuna malik olduğu[13] müəyyən edilir.

2012 ci ildə möayinələr onun atadan irsən almış olduğu Y haplpqrup xromosomuna ( G2a4-L91) malik olduğu təsdiqlənir. Y haploqrup xromosomu nadir xromosom qrupu olub, qapalı Korsika və Sardiniya xalqlarına xarakter sayılır.

Ölüm səbəbi redaktə

Ötzinin Kompüter tomoqrafiyası zamanı sol kürək nahiyəsindən nizə ucluğu ilə açılmış və daxilə işləyən yara yuvası müəyyən edilir. Nizə tiyəsinin Körpücükaltı arteriya və ya venanın zədələnməsi səbəbindən qanaxma ölümə səbəb olmuşdur. Yarada tapılmış qanın laxtalanma elementi olan fibrin izləri bu fərziyyəni bir daha inandırıcı edir.[14]

Filmlər redaktə

  • (ing. Death of the Iceman) BBC — British Broadcasting Corporation, UK — London
  • (alm. Der Mann aus dem Eis‎) VHS, Spiegel TV, 97 dəqiqə.
  • (alm. Der Ötztal-Mann und seine Welt‎) VHS, Movienet Film GmbH, 93 dəqiqə.
  • (alm. „Ötzi - Der Mann aus dem Eis“‎) VHS, FWU — Wissen und Bildung, 27 dəqiqə.
  • (ing. Ultimate Guide, Iceman) Discovery Communications Incorporated, USA/Brando Quilici Productions, Italy
  • (ing. Mysteries of History. Ice Mummy) AETN International, KP Productions, 2010.

İstinadlar redaktə

  1. Altersbestimmung von Gewebe-, Knochen- und Grasproben des Ötztal Eismenschen Arxivləşdirilib 2010-07-20 at the Wayback Machine (PDF; 476 kB)
  2. Konrad Spindler: Der Mann im Eis. Die jungneolithische Gletschermumie vom Hauslabjoch in den Ötztaler Alpen. in: Nürnberger Blätter zur Archäologie 9, 1992/93, S. 27–38.
  3. Lorelies Ortner: Von der Gletscherleiche zu unserem Urahnll Ötzi. Zur Benennungspraxis in der Presse. In: Deutsche Sprache 2/1993, S. 97–127.
  4. "Der Mann aus dem Eis – Forschungsprojekt zur alpinen Vorzeit – Alpine Vorzeit – Universität Innsbruck". 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
  5. Ötzi wäre beinahe auf dem Friedhof gelandet[ölü keçid] Nürnberger Nachrichten, 4. Januar 2012, abgerufen am 5. Januar 2012
  6. Klaus Hollemeyer et al.: Species identification of Oetzi’s clothing with matrix-assisted laser desorption/ionization time-of-flight mass spectrometry based on peptide pattern similarities of hair digests. Rapid Communications in Mass Spectrometry, Volume 22, Issue 18, 2008, S. 2751–2767 doi:10.1002/rcm.3679
  7. Klaus Oeggl: The significance of the Tyrolean Iceman for the archaeobotany of Central Europe. In: Vegetation History and Archaeobotany, Band 18, 2009, S. 1–11 DOI:10.1007/s00334-008-0186-2
  8. A. Lippert, P. Gostner, E. Egarter Vigl, P. Perntner: Vom Leben und Sterben des Ötztaler Gletschermannes. Neue medizinische und archäologische Erkenntnisse. Germania 85/1, 2007, S. 1–21
  9. "Arxivlənmiş surət". 2011-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
  10. "Iceman's Stomach Sampled—Filled With Goat Meat". 2011-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.
  11. "Mummy Tombs. «Ötzi: Iceman of the Alps: His health» Deem, James M. (ing.)". 2006-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
  12. Ötzis letztes Mahl: Steinbock; Abschnitt: Gene deuten auf braune Augen Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Die Presse (abgerufen am 25. Juni 2011)
  13. 1 2 Andreas Keller et al.: New insights into the Tyrolean Iceman's origin and phenotype as inferred by whole-genome sequencing. In: Nature Communications, Band 3, Artikel-Nr. 698, 2012, [1] Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
  14. "Neue Ötzi-Überraschung: Forscher finden 5300 Jahre altes Blut". 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.

Mənbələr redaktə

  • Angelika Fleckinger: «Ötzi, der Mann aus dem Eis». — Folio Verlag, Wien — Bozen 2002 und Südtiroler Archäologiemuseum. — ISBN 3-85256-209-0

Ən Son Axtarılanlar

SəhifəyəKeçidlərBookSources0-7524-2001-1 SəhifəyəKeçidlərBookSources1-84574-066-1 eDiff6107799 SəhifəyəKeçidlərBookSources978-1-84884-090-4 SəhifəyəKeçidlərWhatLinksHereXeberyeni-ili-qeyd-etmek-haramdir-ilahiyyatci-aciqladi.ht SəhifəyəKeçidlərWhatLinksHereXeberinsanlarin-ehval-ruhiyyesi-iqtisadiyyatata-nece-tesi SəhifəyəKeçidlərGlobalUsageThe_Wreck_of_a_World_-_Grove_-_1890.djvu SəhifəyəKeçidlərTrxeberdolunun-qarabaga-qaytardigi-trh-torpaq-davasi-edirik-arvad-dava SəhifəyəKeçidlərRuxeberdolunun-qarabaga-qaytardigi-ruh-torpaq-davasi-edirik-arvad-dava SəhifəyəKeçidlərEnxeberdolunun-qarabaga-qaytardigi-enh-torpaq-davasi-edirik-arvad-dava SəhifəyəKeçidlərWhatLinksHereTrxebervettrperver-trhda-boyuytr-gtrcleri-olan-dovlet-dai WhatLinksHereTrxebervettrperver-trhda-boyuytr-gtrcleri-olan-dovlet-daim-qudretini-qotr SəhifəyəKeçidlərWhatLinksHereEnxeberenhi-eseb-dispanserinde-qeydiyyatda-olan-53-yasli- WhatLinksHereEnxeberenhi-eseb-dispanserinde-qeydiyyatda-olan-53-yasli-kisi-itkin-dusub SəhifəyəKeçidlərWhatLinksHereRuxeberdolunun-qarabaga-qaytardigi-ruh-torpaq-davasi-edir WhatLinksHereRuxeberdolunun-qarabaga-qaytardigi-ruh-torpaq-davasi-edirik-arvad-davasi- WhatLinksHereTrxeberdolunun-qarabaga-qaytardigi-trh-torpaq-davasi-edirik-arvad-davasi- SəhifəyəKeçidlərWhatLinksHereTrxeberdolunun-qarabaga-qaytardigi-trh-torpaq-davasi-edir SəhifəyəKeçidlərWhatLinksHereEnxeberdolunun-qarabaga-qaytardigi-enh-torpaq-davasi-edir WhatLinksHereEnxeberdolunun-qarabaga-qaytardigi-enh-torpaq-davasi-edirik-arvad-davasi-
Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024